Məhkəmə qərarları › İş №e-2(012)-4773/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4773/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4773/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X1rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X1rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq işdən çıxarıldığı üçün ona vurduğu ziyana görə 28900 manat, mənəvi ziyana görə 70000 manat, hüquqi yardıma görə 300 manat, dövlət rüsumuna görə 386,70 manat məbləğində pulun cavabdeh “Bakı Mühəndislik Universiteti” X2 tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icraatda olan e-2(012)-4773/2025 saylı iş üzrə cavabdeh tərəfindən icraatın dayandırılması barədə ərizə təqdim olunmuşdur. Qeyd edir ki, cavabdehin də qeyd etdiyi kimi hazırki məhkəmə işinə təsir edə biləcək başqa bir iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır və tərəflər arasında hazırda danışıqlar aparılır. Bu səbəbdən iddia ərizəsinin hazırda baxılmamış saxlanmasıına zərurət yaranmışdır. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılıır. Məhkəmə bu barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən icraatınızda olan e-2(012)-4773/2025 saylı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması və iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Bakı Mühəndislik Universiteti” X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X1rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, **********14 saylı qəbz əsasında ödənilmiş 386,70 (üç yüz səksən altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar