Məhkəmə qərarları › İş №e-2(012)-4892/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4892/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4892/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət nəticəsində ondan əldə etdiyi 1500 manat məbləğində pulun və dövlət rüsumunun alınıb ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində teleqram göndərərək bildirmişdir ki, o, Cavabdeh qarşı «pul» tələbinə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası başlananadək cavabdeh iddia qeyd etdiyi zərəri tamamilə ödəmişdir. Bu səbəbdən də iddia imtina edir. Odur ki, o, hazırki mövqeyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının göndərdiyi teleqramı ərizə kimi qəbul edib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə göndərmiş və həmin ərizədən görünür ki, Cavabdeh İddiaçı dəymiş zərəri tam ödəmişdir və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.4-ci maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.4; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair 2(012)-4892/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar