Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4921/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı krediti müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 282265-CNS-21070 saylı “kredit xətti müqaviləsi” nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 1523,62 manat məbləğində əsas borc, 26,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 1549,69 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 282265-CNS-21070 saylı “kredit xətti müqaviləsi”nə əsasən X.Z.Qurbanla illik 28 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2090 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 1523,62 manat məbləğində əsas borc, 26,07 manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 1549,69 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Göstərilənlərə və mülki qanunvericiliyin müvafiq maddələrinə əsaslanaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 elektron kabinet vasitəsilə Abşeron rayon Məhkəməsinə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci ildə bank ilə “kredit xətti müqaviləsi” bağlamış və kartdan istifadə etmişdir. Lakin pin kod yazıb ödəniş edərkən ona 40-50 manat aralığında ödəniş etməsi göstərilmişdir. Halbuki bu rəqəm faiz göstəricisi imiş. Kredit kartının vaxtı bitikdən 2 həftə sonra ona borc haqqında məlumat verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 282265-CNS-21070 saylı “Kredit xətti müqaviləsi”ndən görünür ki, Cavabdeh illik 28 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2090 manat məbləğində kredit verilmişdir. -İşdə olan borca dair arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli 282265-CNS-21070 saylı “kredit xətti müqaviləsi” üzrə borclu Cavabdeh xx.xx.2024-cü il tarixə banka olan 1523,62 manat məbləğində əsas borc, 26,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 1549,69 manat təşkil etmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi, xx.xx.2023-cü il tarixli,**********338000 nömrə ilə çıxarış verilmiş, Qurum dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən verilmiş portaldan çıxarışdan görünür ki, Qurbanlı X1, Məmmədli Ə/D, Göy Qurşağı-Məmmədli Y/K, ev 4, mənzil 113 ünvanında qeydiyyatdadır. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqlara, poçt qəbzlərinə və pretenziyalara əsasən, cavabdehdən öhdəliklərini icra etməsi tələb olunmuşdur. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehin iddiaçıya müqavilə üzrə ümumilikdə 1549,69 manat məbləğində borc öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 35,50 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halda qiymətləndirib hesab edirəm ki, iddia təmin edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, ondan iddiaçının xeyrinə 1523,62 manat məbləğində əsas borc, 26,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 1549,69 manat pul məbləğində borc və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,50 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 282265-CNS- 21070 saylı “kredit xətti müqaviləsi” nə əsasən, xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 1523,62 manat (min beş yüz iyirmi üç manat altmış iki qəpik) məbləğində əsas borc, 26,07 manat (iyirmi altı manat yeddi qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 1549,69 manat (min beş yüz qırx doqquz manat altmış doqquz qəpik) pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,50 manat (otuz beş manat əlli qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4921/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4921/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver