Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4929/2021 01.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı "xxxx" X2 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə 01 oktyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 742 (yeddi yüz qırx iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X2 nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 06 oktyabr 2019-cu il tarixdə Qala-Pirallahı şossesi ilə Pirallahı rayonu ərazisində idarə etdiyi “X8” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus olan 1 ədəd 2 çıraqlı qalvanizə olunmuş Elektrostatik işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 3282 (üç min iki yüz səksən iki) manat dəyərində maddi ziyan yetirmişdir. Xəzər RPİnin 19.10.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara, Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən 11.11.2019-cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “X8” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada "xxxx" X2 bank hesabına 2540 (iki min beş yüz qırx) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göstərilənlərə əsasən, yol nəqliyyat hadisəsi nəticəsində müəssisələrinə dəymiş 3282 (üç min iki yüz səksən iki) manat məbləğində vurulmuş maddi ziyandan qalıq olaraq qalan 742 (yeddi yüz qırx iki) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisələrinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" X5 hadisə ilə bağlı ona bildiriş göndərməmişdir. Hadisədən sonra onunla Sığorta Şirkəti əlaqə saxlamışdır. Hal-hazırda işsizdir və övladı da xəstədir. O, 742 manat borcunun olduğunu qəbul edir, lakin hazırda həmin məbləği ödəməyə imkanı yoxdur. O, borcunu hissə-hissə ödəyə bilər. İş materiallarında olan Xəzər rayon DYPŞ-nin 11.11.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, 06 oktyabr 2019-cu il tarixdə Qala-Pirallahı şossesində Cavabdeh “X8” markalı, **-XH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan Xəzər RPİ TŞ tərəfindən verilmiş 19 oktyabr 2019-cu il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Qala-Pirallahı şossesində baş vermiş YNH-si nəticəsində Cavabdeh xəsarət alması ilə əlaqədar HK/1-411 sayla qeydiyyata alınmış materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" X5 tərəfindən verilmiş 06.10.2019-cu il tarixli smetadan görünür ki, “X8” markalı, **-XH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsiylə vurulmuş dirəyin bərpasına sərf olunan xərclər 1 ədəd 2 çıraqlı qalvaniza olunmuş elektrostatik dirəyə görə 1500 manat, 2 ədəd 400 w lampa ilə çırağa görə 1782 manat olmaqla, cəmi 3282 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına 2540 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh 06 oktyabr 2019-cu il tarixdə Qala-Pirallahı şossesi ilə Pirallahı rayonu ərazisində idarə etdiyi “X8” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus olan 1 ədəd 2 çıraqlı qalvanizə olunmuş Elektrostatik işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 3282 (üç min iki yüz səksən iki) manat dəyərində maddi ziyan yetirmişdir. Xəzər rayon DYPŞ-nin 11.11.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “X8” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada "xxxx" X2 bank hesabına 2540 (iki min beş yüz qırx) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı müəssisəyə dəymiş 3282 (üç min iki yüz səksən iki) manat məbləğində vurulmuş maddi ziyandan qalıq olaraq qalan 742 (yeddi yüz qırx iki) manat pul vəsaiti isə yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş Cavabdeh tərəfindən "xxxx" X6 ödənilməməklə iddiaçı təşkiılata maddi ziyan dəymişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, iddiaçı təşkilatın sözügedən maddi ziyanın aradan qaldırılması üçün qalıq borc 742 manat məbləğində pulu cavadeh Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən, “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. ” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" X3 vurulmuş maddi ziyana görə 742 manat Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-4929/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4929/2021
01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver