Məhkəmə qərarları › İş №e-2(012)-499/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-499/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-499/2025 10.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2340 manat pulun, ödənilmiş 43,80 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Nissan Patheinder” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil Xırdalan şəhəri, ərazisində hərəkət edən zaman yolnəqliyyat hadisəsi baş vermiş, nəticədə “Lada Vesta” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və onlara zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Abşeron DYP tərəfindən tərtib olunan qərarla “Nissan Patheinder” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxslərə "xxxx" ASC tərəfindən 2340 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki işin materiallarından olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə “Nissan Patheinder” markalı, ** KG *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığortalamışdır. -Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Ford Fusion” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin və təmir-bərpa işlərinin məbləği 1390 manat müəyyən edilmişdir. -X7 xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Lada Vesta” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin və təmir-bərpa işlərinin məbləği 950 manat müəyyən edilmişdir. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, İAS240262 saylı sığorta ödənişi aktından görünür ki, “Lada Vesta” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X6 950 manat sığorta ödənişi ödənilmişdir. -xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 950 manat pul "xxxx" ASC tərəfindən X2. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, İAS240256 saylı sığorta ödənişi aktından görünür ki, “Ford Fusion” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X3 1390 manat sığorta ödənişi ödənilmişdir. -xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 1390 manat pul "xxxx" ASC tərəfindən X1. - İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - "xxxx" MMC-nin 17 sentyabr 2025-ci il tarixli, PQ-S31/2025 nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Lada Vesta” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği həmin tarixə 930 manat, “Ford Fusion” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği həmin tarixə 1315 manat müəyyən edilmişdir. - Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə qiymətləndirmənin dəyəri 600 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində nəzərdə tutulmuş təqsirli ənəl törədən şəxs tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Nissan Patheinder” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə “Lada Vesta” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, hadisə nəticəsində sonuncuların avtomobillərinə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində göstərilən inzibati xətanı törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Lada Vesta” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə 950 manat, “Ford Fusion” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1390 manat dəyərində ziyan dəymiş, həmin məbləğlər xx.xx.2024-cü il tarixli sığorta aktlarına əsasən müvafiq olaraq "xxxx" ASC tərəfindən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi olan 2340 manat məbləğin cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 2340 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləğləri 930 manat və 1315 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş hadisə nəticəsində avtomobillərə dəymiş ziyanın əvəzi olaraq mütəxəssis rəyi ilə müəyyən edilmiş və ümumilikdə 2245 manat pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43,80 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 600 manat pul vəsaiti isə cavabdehdən "xxxx" MMC-nin hesabına tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2245 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 43,80 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssisin xərci olan 600 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar