Məhkəmə qərarları › İş №e-2(012)-5029/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5029/2022

05.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5029/2022 05.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti, Heydər Əliyev adına X1, «Azneft» İstehsalat Birliyi, «Azəriqaz» İstehsalat Birliyi, «Qaz İxrac» İdarəsi və «Neft Kəmərləri» İdarəsinə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti, Heydər Əliyev adına X1, «Azneft» İstehsalat Birliyi, «Azəriqaz» İstehsalat Birliyi, «Qaz İxrac» İdarəsi və «Neft Kəmərləri» İdarəsinə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı iddia ərizəsində mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılmasını xahiş etsə də,cavabdehlərin hər biri tərəfindən yaradılan maneələrə dəlalat edən halları və həmin hallara dair sübutları göstərməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyri-mümkün olmasına kifayət qədər əsaslar verir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149.2.3cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti, Heydər Əliyev adına X1, «Azneft» İstehsalat Birliyi, «Azəriqaz» İstehsalat Birliyi, «Qaz İxrac» İdarəsi və «Neft Kəmərləri» İdarəsinə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti, Heydər Əliyev adına X1, «Azneft» İstehsalat Birliyi, «Azəriqaz» İstehsalat Birliyi, «Qaz İxrac» İdarəsi və «Neft Kəmərləri» İdarəsinə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar