Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-506/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 oğlunun, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış və 05 avqust 2021-ci ildə Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 3M- 211 reyestr nömrəsi ilə təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh 136000 manat borc məbləği, 11900 manat faiz borcu olmaqla, ümumilikdə 147900 manatın və ödənilmiş 437,90 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı faiz borcunun hesablanması ilə bağlı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanmış və 05 avqust 2021-ci ildə Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 3M-211 reyestr nömrəsi ilə təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh 136000 manat borc məbləği, 11900 manat faiz borcu olmaqla, ümumilikdə 147900 manatın və ödənilmiş 437,90 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 oğlu məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 05 avqust 2021-ci ildə Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 3M-211 reyestr nömrəsi ilə təsdiq edilmiş borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixinədək 136000 manat borca pul vermişdir. Cavabdeh həmin məbləği xx.xx.2022-ci il tarixinədək qaytarmalı olduğu halda bu öhdəliyinin icrasından bu günədək yayınmaqdadır, belə ki, müxtəlif bəhanələrlə əvvəlcə qısa müddətə bu məbləği hissə-hissə qaytaracağını bildirsə də sonradan, ümumiyyətlə, işlərinin çətin vəziyyətə düşdüyünü bildirərək borc məbləğini ödəməkdən yayınmışdır. Artıq cavabdehin pulu ödəməli olduğu vaxtdan 1 il 9 ay keçsə də cavabdeh tərəfindən bu məbləğdən heç nə ödənilməmişdir. Borc müqaviləsi üzrə məbləğilə bərabər AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu səbəbdən iddia ərizəsində cavabdehdən pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 11900 manat illik beş faizin ödənilməsi tələb olunmuşdur. Belə ki, 136000 manatın illik 5 faizi 6800 manat təşkil edir. Həmin məbləği, yəni 6800 manat 12 aya bölünsə, 566,66 manat təşkil edəcəkdir. Cavabdeh borc məbləğinin ödənilməsini 21 ay gecikdirdiyindən, 21 ayı 566,66 manata vurmaqla 11900 manat cavabdehin faiz borcu olduğu görünür. Hesab edir ki, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə qarşı tərəfin ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda İddiaçı tərəfindən Cavabdeh 136000 manat məbləğində pul verməsi faktı öz əksini tapmışdır. İddiaçı qeyd edilən məbləğdə pul notariusun depozit hesabına köçürülmüşdür və bu hal pul vəsaitinin cavabdeh tərəfindən qəbul edilməsini istisna etmir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 izahatında bildirdi ki, iddianı qismən qəbul edirlər. Belə ki, İddiaçı Cavabdeh 68000 manat məbləğində pul vermiş, cavabdeh isə bunun qarşılığında 3 uşağın Türkiyə Respublikasına gedişi və təhsil almaları ilə bağlı xidmətlər göstərmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış razılaşma borc müqaviləsi olaraq rəsmiləşdirilmişdir. Belə ki, iddiaçının cavabdehə təzyiq göstərməsi və ona hədə-qorxu gəlməsi nəticəsində onlar aralarında olan razılaşmanı borc müqaviləsi olaraq rəsmiləşdirmişlər. İş materiallarında olan icraçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış 22 iyul 2021ci il tarixli borc müqaviləsindən görünür ki, “X6 Center”in qanuni təmsilçisi və direktoru olan icraçı Cavabdeh İddiaçı iki oğlu X7 və X5, həmçinin İddiaçı qardaşı oğlu X4 Türkiyə universitetlərinə tibb ixtisasına 2021-2022-ci tədris ilində qəbul alınması üçün sifarişçi İddiaçı 68000 manat pul almış və qəbulla bağlı hər hansı problem olacağı təqdirdə sifarişçi İddiaçı götürdüyü pulun iki misli miqdarında (68000 + 68000 = 136000 manat) pul qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 136000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2022-ci il tarixinədək borc verən İddiaçı pulu notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli, 019 nömrəli qəbzdən görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 136000 manat məbləğində pulu notariusun depozit hesabına ödəmişdir. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, 21 sentyabr 2023-cü il tarixdə fakta görə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi və cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış İddiaçı zərərçəkmiş şəxs statusuna xitam verilməsi qərara alınmışdır. Sözügedən qərardan göründüyü kimi zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı RPŞ-yə verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh ona oğlanları Aqilin, Amilin və qardaşı oğlu Kərimin Kocaeli Universitetinin tibb fakültəsində təhsil almaları üçün 50000 ABŞ dolları verməli olduğunu bildirmiş, o da öz növbəsində bu təklif ilə razılaşmışdır. 2020-ci ilin iyul aylarının sonlarında Tural ona zəng vurub demişdir ki, həmin pulun bir hissəsini vermək lazımdır. Turaldan pulu kiminlə göndərə biləcəyini soruşduqda Tural ona xatırlamadığı mobil telefon nömrəsi vermiş, daha sonra o, həmin telefon nömrəsinə zəng vurub danışdığı şəxs ilə görüşərək, özü ilə götürdüyü 20000 ABŞ dollarını ona vermişdir. Bir aydan çox vaxt keçdikdən sonra Tural ona zəng vurub pulun qalan hissəsini də istəmiş, 20000 ABŞ dolları məbləğində pul düzəltdiyini bildirdikdə isə pulu öz qaynına verməsini söyləmiş, o da öz növbəsində 2020-ci ilin sentyabr ayının əvvəllərində Turalın dediyi şəxs ilə görüşərək 20000 ABŞ dollarını ona vermişdir. Daha sonra Tural onun oğulları Aqili, Amili və qardaşı oğlu Kərimi universitetə qəbul etdirə bilmədiyindən o, Turaldan ödədiyi 40000 ABŞ dolları məbləğində pulu qaytarmağı tələb etmiş, Tural 40000 ABŞ dolları məbləğində pulu ona qaytaracağını söz versə də o, Turala verdiyi pulu geri ala bilməmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların təhqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Xaçmaz rayon 1 saylı notariat ofisində 05 avqust 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir.Həmin müqavilədə borc verən İddiaçı borc alan Cavabdeh 136000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2022-ci il tarixinədək borc verən İddiaçı pulu notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürməsi göstərilmişdir. Lakin,iş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, İddiaçı RPŞ-yə verdiyi ifadəsindən də göründüyü kimi tərəflər arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 05 avqust 2021-ci il tarixli müqavilə hüquqi xarakterinə görə kredit müqaviləsi deyil,mövcud borcun etirafı barədə müqavilə hesab edilməlidir. Belə ki, Cavabdeh İddiaçı övladları X7 və X8, həmçinin İddiaçı qardaşı oğlu X2 Türkiyə Respublikasında qeydiyyatdan keçən universitetlərdən birinə qəbul olunması üçün İddiaçı 2020-ci ilin iyul ayında 20000 ABŞ dolları, 2020-ci ilin avqust ayında 20000 ABŞ dolları olmaqla, cəmi 40000 ABŞ dolları, yəni Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq 68000 manat məbləğində pul almışdır. Lakin sonrakı illərdə cavabdeh iddiaçının övladları və qardaşı oğlunu Türkiyə universitetlərinə qəbul etdirə bilməmiş, iddiaçı cavabdehdən ödədiyi 40000 ABŞ dolları məbləğində pulun ona geri qaytarılmasını tələb etmiş, cavabdeh pulu qaytaracağını vəd etsə də iddiaçıya qeyd edilən məbləğdə pulu qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə 40000 ABŞ dolları, yəni Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq 68000 manat məbləğində pul ödənilməsinə baxmayaraq tərəflər arasında bağlanmış 22 iyul 2021-ci il tarixli borc müqaviləsinə əsasən universitetə qəbulla bağlı hər hansı problem olacağı təqdirdə Cavabdeh İddiaçı aldığı pulun iki misli miqdarında, yəni 136000 manat pul qaytarmağı öz üzərinə götürdüyündən sözügedən öhdəliyin rəsmiləşdirilməsi məqsədilə iddiaçı cavabdeh ilə Xaçmaz rayon 1 saylı notariat ofisində 05 avqust 2021-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh 40000 ABŞ dolları, yəni 68000 məbləğində pul ödəməsinə baxmayaraq cavabdeh ilə aralarında Xaçmaz rayon 1 saylı notariat ofisində 05 avqust 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 136000 manat məbləğində pul tələb etmişdir. Ancaq məhkəmə hesab edir ki, Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilmiş hallar tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli müqavilənin tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyini göstərir.Belə ki, İddiaçı tərəfindən Cavabdeh 2020-ci ilin iyul ayında 20000 ABŞ dolları, 2020-ci ilin avqust ayında 20000 ABŞ dolları olmaqla ümumilikdə verdiyi 40000 ABŞ dolları geri almadan, cavabdehə 05 avqust 2021-ci il tarixli kredit müqviləsi əsasında yenidən 136000 manat pulun verilməsi,həmin müqavilənin mötəbərliyini şübhə altına alır. Həmçinin məhkəmə iclasında Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın mötəbərliliyi iddiaçının vəkili-nümayəndəsi və cavabdehin vəkili tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə cavabdehin vəkili məhkəmə iclasında iddianı qismən, yəni 68000 manat məbləğində hissəsini qəbul etdiklərini bildirmiş, iddiaçı tərəfindən cavabdehə 68000 manat məbləğində pul ödənildiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə işin faktiki hallarındn görünür ki, Cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının 68000 manat pulunu əldə etməklə özünün əsassız varlanmasına səbəb olduğundan,məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1091.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin iddiaçı tərəfindən ödənilmiş 139000 manat pul vəsaitinə görə hesablanmış 11900 manat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi borcun xx.xx.2022-ci il tarixinədək qaytarılacağı nəzərdə tutulmuş və iddiaçı cavabdehin ondan əldə etdiyi 139000 manat məbləğində pul vəsaitinə illik 5% olmaqla 11900 manat faiz borcu hesablayaraq həmin məbləğdə pulun Cavabdeh tutulub ona ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1cu maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddia tələbinin 68000 manat məbləğində hissəsi təmin edildiyindən məhkəmə faiz borcunun müqavilənin qüvvədə olma müddətinin qurtardığı xx.xx.2022-ci il tarixindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixədək 21 ay müddətinə hər bir ay üzrə təqribən 283,33 manat hesablanmaqla müəyyən edilməsini işin faktiki hallarına uyğun hesab edir (1 il üzrə faiz borcu - 68000 manat x 5 : 100 = 3400 manat, 1 ay üzrə faiz borcu – 3400 manat : 12 ay ≈ 283,33... manat; 21 ay x 283,33... manat ≈ 5949,93 manat ≈ 5950 manat). Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbinin əsas borc üzrə təmin edilmiş 68000 manat pul vəsaitinə görə hesablanmış 5950 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 437,90 manat dövlət rüsumunun 218,95 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 68000 manat əsas, 5950 manat faiz olmaqla, cəmi 73950 manat pul vəsaiti və 218,95 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-506/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-506/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver