Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-507/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Sidique və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi verərək, onun mülkiyyətində olan «Toyota» markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 6690 manat, avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10 faiz aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 2500 manat pul məbləğinin, vəkil xidmətinə görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 112 manat məbləğində məhkəmə rüsumunun cavabdehlər Cavabdeh2 Sidique və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus “Toyota” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında sürücü X4 tərəfindən idarə edilərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Z.Bünyadov küçəsi ilə hərəkətdə olan zaman Cavabdeh2 Sidique tərəfindən idarə olunan “X6” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Toyota” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Müvafiq orqan tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “X6” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Sidique Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (...ara məsafəsi...qaydalarının pozulmasına... görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla onun avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsində sürücü Cavabdeh2 Sidique-nin təqsirli olduğu müəyyən edilir. Hadisənin Cavabdeh2 Sidique təqsirli olaraq törətdiyi hüquqazidd əməllər (ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində ona məxsus avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Ona görə də Cavabdeh2 Sidique hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə onun qarşısında mülki məsuliyyəti yaranır. Belə olan halda onun mülki qanunvericiliyə əsasən hadisə nəticəsində ona məxsus avtomobilə dəymiş zərəri tələb etmək hüququ yaranır. Belə ki, ona məxsus avtomobilə dəymiş zərərin həcmi “Gənclik” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən 6690 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə onun mülkiyyətində olan “Toyota” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil turbo motorlu (2.5 turbo mühərrik həcmi) tam komplektasiyalı yeni model olduğu və 207000 km-dən alındığı üçün əmlaka dəymiş zərər nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10 faiz həddində aşınmaya məruz qalmışdır. Avtomobilin indiki zədəsiz bazar qiymətinin təxmini 23500- 29000 manat olduğu nəzərə alınsa, minimum 10 faiz əmtəəlik görünüşünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq o, mülkiyyətçi kimi təxmini 2500 manat (orta bazar qiyməti 25000 manat götürüldüyü halda 10 faiz) civarında əlavə zərərə uğramışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında qəza baş verdikdən sonra İddiaçı məxsus «Toyota» markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən hissəsinin onlar tərəfindən qarşılandığını, vaxtilə ona məxsus olmuş «X6» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin Pakistan Respublikasının vətəndaşı olan Cavabdeh2 Sidique-yə günəmuzd işlətməsi üçün notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında verildiyini, maşın vurulduqdan sonra Cavabdeh2-nın Azərbaycan Respublikasını tərk etdiyini və iddiaçının mülkiyyətində olan maşına məhz Cavabdeh2 tərəfindən zərər vurulduğunu bildirmiş və qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 Sidique məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Sidique "X6 minik” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yol nişanlarının tələblərinə riayət edilməsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, ƏN-VİN № 919393 Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan mühərrik nömrəsi: 0847227; BAN nömrəsi: JTNBFYFK903023785; buraxılış ili 2013-cü il olan “Toyota Camry minik” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında X3 vermişdir. İş materiallarında olan Cavabdeh1 adına qeydiyyata alınmış "X6 minik” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobil barədə məlumatlara dair sistemdən çıxarışdan görünür ki, "X6 minik” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 sözügedən avtomobili etibarnamə əsasında Cavabdeh2 Sidique-yə vermiş və etibarnamənin xx.xx.2028-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2025-ci il tarixli, 9/9796 №-li ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında olan “Gənclik” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş 14 nömrəli defekt aktında (cild səh 06-07) qeyd olunan 2013-cü il buraxılışlı “Toyota Camry” minik markalı, **-NR-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin 04 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1245 manat müəyyən edilmiş, digər ehtiyat hissələrinin satışı və qiyməti barədə yerli internet saytlarında məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Həmçinin ekspert rəyində avtoehtiyat hissələrinin təmirbərpa xərclərinin dəyəri avtoservislərin xidmət səviyyəsindən və s. asılı olaraq müxtəlif qiymətlərdə olduğu, belə ki, avtoehtiyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişçi ilə sifarişi yerinə yetirən tərəf arasında qarşılıqlı razılaşma əsasında müəyyən edildiyi qeyd edilmişdir. İş materiallarında olan «X2» MMC-nin 11 iyun 2025-ci il tarixli, 143 №-li ekspert rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində nəqliyyat vasitəsinin əzilmiş detalları tədqiqata təqdim edilmədiyindən həmin detalların pərakəndə satış qiymətini müəyyən etmək mümkün olmamış, lakin iş materiallarında olan “Gənclik” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş 14 nömrəli defekt aktında göstərilən ehtiyat hissələri nəzərə alınmaqla, “Toyota Camry minik” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün xidmət haqqı 5187 manat olaraq müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci və 1108.3-cü maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh2 Sidique "X6 minik” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yol nişanlarının tələblərinə riayət edilməməsi qaydalarını pozmuş və Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh2 Sidique-nin hərəkətləri nəticəsində «Toyota Camry minik» markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, «X2» MMC-nin 11 iyun 2025-ci il tarixli, 143 saylı ekspert rəyindən məlum olur ki, aparılmış tədqiqatlar nəticəsində nəqliyyat vasitəsinin əzilmiş detalları tədqiqata təqdim edilmədiyindən həmin detalların pərakəndə satış qiymətini müəyyən etmək mümkün olmamış, lakin iş materiallarında olan “Gənclik” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş 14 nömrəli defekt aktında göstərilən ehtiyat hissələri nəzərə alınmaqla, “Toyota Camry minik” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün xidmət haqqı 5187 manat olaraq müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, qanuni əsasla nəqliyyat vasitəsinə sahiblik etmiş Cavabdeh2 Sidique-dən 5187 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş zərər ilə bağlı Cavabdeh2 Sidique ilə yanaşı Cavabdeh1 da cavabdeh kimi göstərsə də məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilən mülki hüquq və vəzifələrin əmələ gəlməsi hallarını təsdiq edən sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İddia tələbinin iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10 faiz aşağı düşdüyünün nəzərə alınaraq maddi zərərin əvəzi olaraq 2500 manat pul məbləği tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi ilə bağlı əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Həmçinin iddia tələbinin vəkil xidmətinə görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquq xidmətlərinin göstərilməsinə görə vəkilə ödəniş etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 113 manat dövlət rüsumunun 87 manatı Cavabdeh2 Sidique-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Cavabdeh2 Sidique-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 02 aprel 2025-ci il tarixli, 9/9796 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************) və «X2» MMC tərəfindən keçirilən 11 iyun 2025-ci il tarixli, 143 saylı əmtəəşünaslıq ekspertizasına görə 300 manat ekspertiza xərci tutularaq «X2» MMC-nin hesabına (Kapital Bank ASC Sahil filialı; Kod 201218; VÖEN **********; SWİFT kod АİİВАZ2Х; M/h AZ37NABZ013501**********1944; VÖEN **********; hesab AZ64AİİB400900C**********208) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Sidique-dən 5187 manat pul və 87 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Cavabdeh2 Sidique-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 02 aprel 2025-ci il tarixli, 9/9796 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************) və «X2» MMC tərəfindən keçirilən 11 iyun 2025-ci il tarixli, 143 saylı əmtəəşünaslıq ekspertizasına görə 300 manat ekspertiza xərci tutularaq «X2» MMC-nin hesabına (Kapital Bank ASC Sahil filialı; Kod 201218; VÖEN **********; SWİFT kod АİİВАZ2Х; M/h AZ37NABZ013501**********1944; VÖEN **********; hesab AZ64AİİB400900C**********208) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-507/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-507/2025
11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver