Məhkəmə qərarları › İş №e-2(012)-5175/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5175/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5175/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən 3801,65 manat pulun və ödənilmiş 58,02 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, tələb edilən borc İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Visa Rewards kartmane debit kart” müqaviləsinə əsasən yaranmışdır. Məhkəmə gedişatında İddiaçı ASC vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair e-2(006)- 3230/2022 saylı mülki iş vardır və bu mülki iş hakim Ceyhun Tağıyevin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi üçün mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edərək mülki işin aidiyyəti üzrə göndərilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 vəsatəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair e-2(012)-5175/2022 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 43-cü maddəsinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İşdə olan iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə" üzrə **********6944-462916 nömrəli kart hesabına əsasən cavabdeh tərəfindən qanunsuz hesablanmış 3774 manat borcun (overdraft) silinməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyi 58 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, Cavabdeh yuxarıda qeyd olunan iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur və həmin iddia ərizəsi üzrə e-2(006)-3230/2022 saylı mülki iş hazırda Məhkəmənin icraatındadır. Beləliklə, işdən görünür ki, hər iki iş bir-birilə əlaqəlidir, mübahisənin əsasını tərəflər arasında imzalanmış kredit müqaviləsi təşkil edir. Cavabdeh bu müqavilə üzrə yaranmış borcun silinməsini İddiaçı ASC həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə iddia qaldırmadan öncə tələb etdiyindən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş e-2(006)-3230/2022 saylı mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəsatət təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair e-2(012)-5175/2022 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair e-2(006)-3230/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar