Məhkəmə qərarları › İş №e-2(012)-521/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-521/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-521/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6373.50 ( altı min üç yüz yetmiş üç manat əlli qəpik) manat əsas, 406.58 ( dörd yüz altı manat əlli səkkiz qəpik) manat faiz, cəmi 6780.08 ( altı min yeddi yüz səksən manat səkkiz qəpik) manat və Azər-Türk Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4618.45 ( dörd min altı yüz on səkkiz manat qırx beş qəpik) manat əsas, 294.91 ( iki yüz doxsan dörd manat doxsan bir qəpik) manat faiz, cəmi 4913.36 ( dörd min doqquz yüz on üç manat otuz altı qəpik) manat borcun, həmçinin ödənilmiş 125.48 (yüz iyirmi beş manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 6900 ( altı min doqquz yüz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 6373.50 ( altı min üç yüz yetmiş üç manat əlli qəpik ) manat, faiz borcu 406.58 ( dörd yüz altı manat əlli səkkiz qəpik) manat təşkil edir. Həmçinin bildiririk ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 5000 ( beş min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli 1180899/39696 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 4618.45 ( dörd min altı yüz on səkkiz manat qırx beş qəpik) manat, faiz borcu 294.91 ( iki yüz doxsan dörd manat doxsan bir qəpik) manat, cəmi 4913.36 ( dörd min doqquz yüz on üç manat otuz altı qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 6780.08 (altı min yeddi yüz səksən manat səkkiz qəpik ) manat, xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 4913.36 (dörd min doqquz yüz on üç manat otuz altı qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədi. O, bildirdi ki, işsiz olduğu üçün borcu ödəyə bilməyib. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncuya illik 16,5 % dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərtilə 6900 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə 6373,50 manat əsas, 406,58 manat faiz borcu olmaqla, cəmi 6780,08 manat borcu vardır. Mülki işin materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədləri üçün illik 16,5 % dərəcəsi ilə 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü ildə bağlanmış 1180899/39696 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə 4618,45 manat əsas, 294,91 manat faiz borcu olmaqla, cəmi 4913,36 manat borcu vardır. Mülki işin materiallarında olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə vəsaiti təhvil alması barədə qeyd yazaraq, imza etmişdir. Mülki işin materiallarında olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə vəsaiti təhvil alması barədə qeyd yazaraq, imza etmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehlərdən gecikdirilmiş borc məbləğinin ödənilməsi tələb edilmişdir. Əgər ödəniş olunmasa, bank tərəfindən borcun tam ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 125,48 manat dövlət rüsumu (xidmət haqqı 0,40 manat olmaqla) ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, ******* saylı və ******* saylı kredit müqavilələri, həmçinin ******* saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 1180899/39696 saylı zaminlik müqaviləsi bağlanmasına baxmayaraq cavabdehlər bu müqavilələrlə üzərlərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirmədiklərindən və bununla da bankın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 6373,50 manat əsas, 406,58 manat faiz borcu olmaqla, cəmi 6780,08 manat məbləğində; həmçinin xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi və 1180899/39696 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4618,45 manat əsas, 294,91 manat faiz, cəmi 4913,36 manat pul vəsaiti tutulmalı, bununla da iddia əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 125,48 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 6373,50 manat əsas, 406,58 manat faiz borcu olmaqla, cəmi 6780,08 manat məbləğində; Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi və 1180899/39696 saylı zaminlik müqaviləsi üzrə 4618,45 manat əsas, 294,91 manat faiz, cəmi 4913,36 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 125,48 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar