Məhkəmə qərarları › İş №e-2(012)-5258/2022

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-5258/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5258/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 06 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, CavabdehQurban oğlundan 36 000 (otuz altı min) manat məbləğində pul vəsaiti və 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumuna görə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X2 47.000 manat pul ödəyərək satın almış, həmin ildən 2020-ci il tarixinə kimi sözügedən ünvanda arvadı 1978-ci il təvəllüdlü X12, övladları 1998-ci il təvəllüdlü X5 və 2000-ci il təvəllüdlü X7 ilə birlikdə yaşamışdır. Bütün bunlar qonşular tərəfindən imzalanmış aktda da öz əksini tapmışdır. "xxxx" MMC tərəfindən 26 dekabr 2013-cü il tarixdə verilmiş hesab cədvəlindən də göründüyü kimi mübahisəli fərdi yaşayış evinin istifadəçisi qismində arvadı X12 göstərilmişdir. Ötən ilin mart ayında həyat yoldaşının xərçəng xəstəliyi ilə əlaqədar müalicə olunması üçün pul lazım olduğundan evi satmaq məcburiyyətində qalmış və bu məqsədini reallaşdırmaq üçün müraciət etdiyi tanıdığı makler X17 ona hazırki iş üzrə Cavabdeh evlərin alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək tanış etmiş, hətta bu xidmətinə görə Fazil Heydərov ondan 800 manat pul da almışdır. Sonradan məlum olmuşdur ki, Fazil Heydərovun ona makler kimi təqdim etdiyi şəxs Cavabdeh dələduzluqla məşğuldur. Cavabdehla onun arasında razılaşma belə olmuşdur ki, Elman ona 7.000 manat beh verir, xx.xx.2020-ci ildə onlar mənzili boşaldıb ona təhvil verirlər. xx.xx.2020-ci ildə isə o, evi satıb pulun qalan hissəsini, yəni 36 000 manatı onlara verməli idi. Lakin 7000 manat beh verilsə də, evin alqı satqısının sona çatdırılması üçün qalan məbləğ 36000 manat ona ödənilməmişdir. Ev sənədsiz olduğu üçün notarial qaydada alqı-satqı mümkün olmamış, belə olan halda onlar şahidlərin iştirakı ilə öz aralarında evin satılmasının təminat vasitəsi kimi beh verilməsini, eləcə də, evin satılması prosedurunu müəyyən edən sadə yazılı alqı-satqı müqaviləsini imzalamışlar. Qeyd olunan ünvanda evlərin demək olar ki, hamısı sənədsiz olduğundan vətəndaşlar arasında həmin evlərin alqı-satqısı bu formada həyata keçirilir. Beh verildikdən sonra evin satılaraq pulun qalan hissəsinin 36 000 manat verilməsini müqavilədə qeyd olunan xx.xx.2020-ci il tarixədək gözləmişlər, lakin Cavabdeh öz öhdəliyinə əməl etməməsini gördükdə həmin evə gələrkən orada vətəndaş X8 olduğunu aşkar etmişlər. Məmməd Quliyev ona məxsus olan həmin fərdi yaşayış evini 55.000 manat qarşılığında X1 aldığını bildirmişdir. Sonradan məlum oldu ki, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Məmməd Quliyevə satarkən sonuncunun istəyi ilə pulun notariusun depozit hesabı ilə verilməsini təmin etmək üçün xx.xx.2020-ci ildə Elman Məmmədov ilə X15 arasında uydurma və saxta Podrat müqaviləsi bağlamışlar. Lakin Cavabdeh bu dəfə də, öz dələduzluq əməlindən əl çəkməmiş, pulu natariusun depozit hesabı vasitəsi ilə Məmməd Quliyevdən qəbul etsə də, sonuncunu aldatmışdır. Cavabdeh ona məxsus yuxarıda qeyd olunan Fizuli küçəsi döngə 1 ünvanında yerləşən evin faktiki satmasına baxmayaraq, Podrat müqaviləsində başqa bir ünvanda yerləşən evə görə (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında) Podrat müqaviləsi bağlamaqla 55 000 manat pulu qəbul etmişdir. Deməli, Məmməd Quliyevə faktiki onun Biləcəri qəsəbəsi, Fizuli küçəsindəki evi satılsa da, onun ödədiyi pul natariusun depozit hesabı vasitəsi ilə Biləcəri qəsəbəsi, M.S.Ordubadi evə görə ödənilmişdir. Belə olan halda, evini sataraq pulunu verəcəyinə onu inandırmış Cavabdeh tərəfindən etibarından sui-istifadə edilməklə aldadıldığını və dələduzluq cinayətinə məruz qaldığını başa düşüb, pozulmuş hüquqlarının bərpası üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə cinayət tərkibli ərizə və məlumat verməklə müraciət etmişdir. Şikayət üzrə həmin Polis Bölməsində baş təhqiqatçı Famil Məsimov araşdırma aparmış, əməldə cinayət tərkibinin əlamətləri olduğundan araşdırılması üçün aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməsi məqsədəmüvafiq hesab edilmiş və iş istintaq aiddiyyəti üzrə göndərilmişdir. Binəqədi RPİ-nin İstintaq Şöbəsində baş təhqiqatçı polis mayoru İsmət Musayev tərəfindən HK-1-2054 saylı iş üzrə araşdırma aparılaraq Cavabdeh, X13, X4, X9, X10 izahatları alınmış, müəyyən edilmişdir ki, tərəflər arasında ev alqı-satqısı zamanı pulun tam ödənilməməsi ilə bağlı münasibətlərdə cinayət tərkibi olmadığından və məsələ mülki hüquq münasibətlərinə aid olduğundan mülki qaydada məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən toplanmış material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmiş və həmin qərarla ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Fərdi yaşayış evinin satılması zamanı beh verilərək evi təhvil almış Cavabdeh sonradan həmin evi sataraq pulun qalan hissəsini verməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək beh müqaviləsinin şərtlərini pozmuşdur, eyni zamanda İddiaçı evini başqa şəxsə (vətəndaş Məmməd Quliyevə) satmaqla gəlir əldə etməklə əsassız varlanmışdır: Cavabdeh qəsdən törədilmiş bu hüquqazidd hərəkətləri ona birbaşa zərər vurmaqla hüquqlarını və qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki yaşayış yeri məlum olmadığından bildirişin ona təqdim edilməsi üçün Abşeron rayon İHB-nın Xırdalan şəhər Ərazi dairəsi üzrə Nümayəndəliyə göndərmişdir. Abşeron Rayon İcra Hakimiyyəti M.K.T.İ.İ.T.B.-nin “Abadlıq və Kommunal Xidmətləri İdarəsi” tərəfindən 19.012.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Cavabdeh Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, BQF ev 69 ünvanında qeydiyyatda olmasına baxmayaraq hımin mənzildə yaşamır. Hal-hazırda harada yaşaması haqqında heç bir məlumatları yoxdur. İddiaçı işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mənzilin alqı-satqı müqaviləsi bağlanarkən o da şahid kimi iştirak etmişdir. Ev 43000 manata satılmalı idi, həmin məbləğdən 7000 manatı Cavabdeh İddiaçı vermişdir. Daha sonra pul məbləğinin verilməsindən məlumatı yoxdur. Cavabdeh Elmanı tanımır, ancaq müqavilə bağlanarkən onu görmüşdür. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2868/2022 saylı qərarının surətindən görünür ki, cavabdeh Quliyev Məhəmməd Fəqan oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8273/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı və X6 cavabdeh X14 qarşı “fərdi yaşayış evinə köçürülmə” barədə iddia tələbi təmin edilməmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə özünə məxsus olan Biləcəri qəsəbəsi ünvan 3 ünvanında yerləşən fərdi tikilini Cavabdeh 43.000 manata satmış, ilkin olaraq 17.000 manat pul ödənilsə də yerdə qalan pulu bu günə kimi ala bilməmişdir, hazırda Cavabdeh evi başqa şəxsə sataraq pulunu mənimsəmişdir. Onun ərizəsi ilə əlaqədar toplanmış material istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında sadə yazılı formada bağlanmış xx.xx.2020-ci il tarixli Mənzilin Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Biləcəri qəsəbəsi, Fizuli küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evini satış qiyməti 43000 (qırx üç min) manat olmaqla, xx.xx.2020-ci il tarixdə alqı-satqı ediləcəyi, mənzilin xx.xx.2020-ci il tarixdə boşaldılacağı, alıcı tərəfindən 7000 (yeddi min) manat beh veriləcəyi, qeydiyatdan çıxanadək satış pulundan 36000 (otuz altı min) manat saxlanacağı barədə razılığa gəmişdirlər. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş hesabatın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən Obyektin inventor dəyəri 51945 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilmişdir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki, hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Mənzilin Alqı-satqı Müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini satış qiyməti 43000 (qırx üç min) manat olmaqla, xx.xx.2020-ci il tarixdə alqı-satqı ediləcəyi, mənzilin xx.xx.2020-ci il tarixdə boşaldılacağı, alıcı tərəfindən 7000 (yeddi min) manat beh veriləcəyi, qeydiyatdan çıxanadək satış pulundan 36000 (otuz altı min) manat saxlanacağı barədə razılığa gəmişlər. Lakin, cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Buna görə də, iddiaçı məcburiyyət qarşısında qalıb pulun alınması tələbi barədə polisə ərizə ilə müraciət etməli olmuşdur. Bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsi ərizəsinə cavab olaraq göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini məqsədə müvafiq hesab etmişdir. İddia tələbində qeyd olunanlar məhkəmə iclası zamanı şahid ifadəsi ilə də təsdiq olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh 36000 (otuz altı min) manat məbləğində İddiaçı borclu olması onun iş materialları ilə təsdiq olunduğundan Cavabdeh 36000 (otuz altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 198 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 36000 (otuz altı min) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 198 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar