Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5332/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 14 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və X2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 23.07.21-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4141.12 manat (dörd min yüz qırx bir manat on iki qəpik) əsas, 529.37 manat (beş yüz iyirmi doqquz manat otuz yeddi qəpik) faiz, 972.03 manat (doqquz yüz yetmiş iki manat üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5642.52 manat (beş min altı yüz qırx iki manat əlli iki qəpik) məbləğində borcun və ödənilmiş 76.43 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.5 %, 36 ay müddətinə 4900 (dörd min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2, TuranBank ASC və X4 arasında xx.xx.2021-ci il tarixli, 1129/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 4141.12 (dörd min yüz qırx bir manat on iki qəpik) manat əsas, 529.37 (beş yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat faiz, 972.03 (doqquz yüz yetmiş iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 5642.52 (beş min altı yüz qırx iki manat əlli iki qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə verərək iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhv olduğunu, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin tarixinin xx.xx.2019-ci il əvəzinə xx.xx.2021-ci il tarixli kimi nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 1129/F-21 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 19.5 % ödəmək şərti ilə 4900 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixədək 4900 manat əsas, 1610.75 manat faiz olmaqla, cəmi 6510.75 manat borcu hissə-hissə ödəməklə banka qaytarmalıdır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə TuranBank ASC-nin “Mərkəz” filialından 4900 manat məbləğində vəsait götürmüşdür. İş materiallarında olan TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Bu müqaviləyə görə Zamin Borcalanın xx.xx.2021 tarixli, 1129/F-21 saylı kredit müqaviləsinə əsasən Bankdan 36 (otuz altı) ay müddətinə, illik 19,5 % olmaqla aldığı 4900 (dörd min doqquz yüz) manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin Banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehlərə banka olan borcun 3 (üç) iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin materiallarından müəyyən edilir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş 4141.12 manat əsas borcu, 529.37 manat faiz borcu, 972.03 manat dəbbə borcu, ümumilikdə 5642.52 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.5 %, 36 ay müddətinə 4900 (dörd min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2, TuranBank ASC və X4 arasında xx.xx.2021-ci il tarixli, 1129/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka xx.xx.2022-ci il tarixinə 4141.12 manat əsas borcu, 529.37 manat faiz borcu, 972.03 manat dəbbə borcu, ümumilikdə 5642.52 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 97 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4141.12 (dörd min yüz qırx bir manat on iki qəpik) manat əsas, 529.37 (beş yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat faiz, 97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi borcu 4767.49 (dörd min yeddi yüz altmış yeddi manat qırx doqquz qəpik) manat məbləğində borcu məbləği cavabdehlər Cavabdeh2 və X1 birgə qaydada alınaraq iddiaçı TuranBank ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin kredir müqavilənin vaxtından əvvəl ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi halları nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi kredit müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,TuranBank ASC-nin“Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 23.07.21-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi ləğv edilməli,xx.xx.2021-ci il tarixli, İK 1129/F- 21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4141.12 (dörd min yüz qırx bir manat on iki qəpik) manat əsas, 529.37 (beş yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat faiz, 97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi borcu 4767.49 (dörd min yeddi yüz altmış yeddi manat qırx doqquz qəpik) manat məbləğində borcu cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. TuranBank ASC-nin“Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 23.07.21-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2021-ci il tarixli, İK 1129/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4141.12 (dörd min yüz qırx bir manat on iki qəpik) manat əsas, 529.37 (beş yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat faiz, 97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi borcu 4767.49 (dörd min yeddi yüz altmış yeddi manat qırx doqquz qəpik) manat məbləğində borcu cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-5332/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5332/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver