Məhkəmə qərarları › İş №e-2(012)-5349/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5349/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5349/2023 01.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızı sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" Açiq Səhmdar Cəmı̇ yyəti cavabdeh Cahangı̇ rli Rəşı̇ d Mütəllı̇ m oğlu qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" Açiq Səhmdar Cəmı̇ yyəti cavabdeh Cahangı̇ rli Rəşı̇ d Mütəllı̇ m oğlu qarşı tələbin adı tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" Açiq Səhmdar Cəmı̇ yyətı̇ məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Cahangı̇ rli Rəşı̇ d Mütəllı̇ m oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" Açiq Səhmdar Cəmı̇ yyətı̇ vəsatəti təmin edilsin. İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" Açiq Səhmdar Cəmı̇ yyəti cavabdeh Cahangı̇ rli Rəşı̇ d Mütəllı̇ m oğlu qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar