Məhkəmə qərarları › İş №e-2(012)-5422/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5422/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5422/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh XXX Cəmilə Tofiq qızına qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh XXX Cəmilə Tofiq qızına qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh XXX Cəmilə Tofiq qızından 18 yanvar 2021-ci il tarixli 360-EMB-0025-21 saylı Kredit müqaviləsi üzrə əsas borc 114.66 (yüz on dörd manat 66 qəpik) manat, cərimə borcu 17.20 (on yeddi manat 20 qəpik) manat, 07 aprel 2021 il tarixli, 360-EMB-0342-21 saylı Kredit müqaviləsi üzrə əsas borc 685.28 (altı yüz səksən beş manat 28 qəpik) manat, cərimə borcu 102.79 (yüz iki manat 79 qəpik,) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 919.93 (doqquz yüz on doqquz manat 93 qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh XXX Cəmilə Tofiq qızına lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, XXX Cəmilə Tofiq qızına 12 ay müddətinə qaytarılmaq şərti ilə 457,00 (dörd yüz əlli yeddi manat 00 qəpik) manat məbləğində krеdit vеrilmiş və 18 yanvar 2021-ci il tarixli, 360-EMB-0025-21 saylı Krеdit Müqaviləsi bağlanmışdır. X1 Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən oğluna 07 aprel 2021ci il tarixli, 360-EMB0342-21 saylı Kredit Müqaviləsinə əsasən18 ay müddətinə qaytarılmaq şərti ilə 1569,00 (min beş yüz altmış doqquz manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. Krеdit Müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, Kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcalandan tələb etmək hüququ vardır. Hal-hazırda XXX Cəmilə Tofiq qızının Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022 il tarixə 360- EMB-0025-21 saylı kredit müqaviləsi üzrə əsas borcu 114.66 AZN (yüz on dörd manat 66 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 17.20 AZN (on yeddi manat 20 qəpik), xx.xx.2021 il tarixli, 360-EMB-0342-21 saylı kredit müqaviləsi üzrə əsas borcu 685.28 AZN (altı yüz səksən beş manat 28 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 102.79 AZN (Yüz iki manat 79 qəpik) ümumi borcu 788.07 AZN (Yeddi yüz səksən səkkiz manat 07 qəpik) manat olmaqla hər iki kredit müqaviləsi üzrə ümumi borcu 919,93 AZN (doqquz yüz on doqquz manat, 93 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, XXX Cəmilə Tofiq qızıgötürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh XXX Cəmilə Tofiq qızından 18 yanvar 2021-ci il tarixli 360-EMB-0025-21 saylı Kredit müqaviləsi üzrə əsas borc 114.66 (yüz on dörd manat 66 qəpik) manat, cərimə borcu 17.20 (on yeddi manat 20 qəpik) manat, 07 aprel 2021 il tarixli, 360-EMB-0342-21 saylı Kredit müqaviləsi üzrə əsas borc 685.28 (altı yüz səksən beş manat 28 qəpik) manat, cərimə borcu 102.79 (yüz iki manat 79 qəpik,) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 919.93 (doqquz yüz on doqquz manat 93 qəpik) manat borc iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmalı, iddia təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh XXX Cəmilə Tofiq qızından 18 yanvar 2021-ci il tarixli 360-EMB-0025-21 saylı Kredit müqaviləsi üzrə əsas borc 114.66 (yüz on dörd manat 66 qəpik) manat, cərimə borcu 17.20 (on yeddi manat 20 qəpik) manat, 07 aprel 2021 il tarixli, 360-EMB-0342-21 saylı Kredit müqaviləsi üzrə əsas borc 685.28 (altı yüz səksən beş manat 28 qəpik) manat, cərimə borcu 102.79 (yüz iki manat 79 qəpik,) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 919.93 (doqquz yüz on doqquz manat 93 qəpik) manat borc iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar