Məhkəmə qərarları › İş №e-2(012)-5473/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5473/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5473/2025 12.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı X1 Bakı Filialının cavabdehlər Abşeron rayon İcra və Probasiya Şöbəsi və Cavabdeh qarşı əmlakın qiymətləndirilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı X1 Bakı Filialı cavabdehlər Abşeron rayon İcra və Probasiya Şöbəsi və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus “Lada Vesta” minik markalı 90XM550 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, o, məhkəmə aktının icrasının təmin edilməsi ilə bağlı icra icraatında əmlakın yenidən qiymətləndirilməsi barədədir. Bu kateqoriya iddia tələblərinə isə məhkəmə qaydasında baxılmamaqla, hazırki məsələ icra məmurunun səlahiyətinə aid olan məsələdir. Belə olan halda, hazırki iddianın qaldırılması qüvvədə olan qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, bu iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı X1 Bakı Filialının cavabdehlər Abşeron rayon İcra və Probasiya Şöbəsi və Cavabdeh qarşı əmlakın qiymətləndirilməsi tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı X1 Bakı Filialının hazırki mülki iş (e-2(012)-5473/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı X1 Bakı Filialına qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar