Məhkəmə qərarları › İş №e-2(012)-5507/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5507/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5507/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3000 manat borcun və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" MMC BOKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, ərizə baxılmamış saxlanılır. İş materiallarından görünür ki, "xxxx" MMC BOKT Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(012)-4534/2023 saylı bildirişindən görünür ki, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 16:20-yə təyin olunmuşdur. Belə olan halda isə yuxarıdakı normanın tələbinə görə hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçı "xxxx" MMC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, işdən görünür ki, iddiaçı "xxxx" MMC BOKT hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC BOKT-un hazırki mülki iş (e-2(012)-5507/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" MMC BOKT-a (VÖEN: **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar