Məhkəmə qərarları › İş №e-2(012)-5539/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5539/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5539/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair mülki işə 28 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə kreditə görə 1051,1 manat əsas, faiz borcuna görə 101,27 manat, cərimə borcuna görə 117,18 manat, borcun cəmi məbləği 1269,55 manat pul və dövlət rüsumu kimi ödənilmiş 32,7 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına: Sep+klon - 1 ədəd, çəkisi – 20 qr, əyarı – 750; Cəmi: 20 qr yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1269,55 manat pul və dövlət rüsumu kimi ödənilmiş 32,7 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 1310 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1051,1 manat əsas, faiz borcuna görə 101,27 manat, cərimə borcuna görə 117,18 manat, borcun cəmi məbləği 1269,55 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep+klon - 1 ədəd, çəkisi – 20 qr, əyarı – 750; Cəmi: 20 qr. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər” Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə kreditə görə 1051,1 manat əsas, faiz borcuna görə 101,27 manat, cərimə borcuna görə 117,18 manat, borcun cəmi məbləği 1269,55 manat pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30 % ödəmək şərti ilə 1310 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən “girov qoyan” Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi hallarda “girov saxlayan” İddiaçı ASC girov qoyulmuş əşyaların dəyərindən təminat almaq hüququna malikdir. Mülki işin materiallarında olan “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” xx.xx.2021-ci il tarixli aktdan müəyyən edilir ki, Cavabdeh girov qoyduğu qızıl-zinət əşyalarının (Sep+klon - 1 ədəd, çəkisi – 20 qr, əyarı – 750; Cəmi: 20 qr) dəyəri 1380 manat, ümumi bazar dəyəri 2044,6 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli razılıq ərizəsindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə ödənişlərində gecikmələr olarsa və ya kredit müqaviləsinin müddəti bitərsə banka gəlmədiyi halda saxlanc girovuna qoyduğu qızıl-zinət əşyalarının bank tərəfindən satılmasına etirazı yoxdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə Cavabdeh 27 sentyabr 2022-ci il tarixinə olan əsas borcu 1051,1 manat, faiz borcu 101,27 manat, cərimə borcu 117,18 manat, cəmi 1269,55 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 117,18 cərimənin məbləği azaldılmalı və 10 manat olaraq müəyyən edilməlidir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1051,1 manat əsas, 101,27 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 1162,37 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, borc cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməli (Sep+klon - 1 ədəd, çəkisi – 20 qr, əyarı – 750; Cəmi: 20 qr), bu əmlaklar açıq hərracda satılmalı və satışdan əldə edilmiş pul vəsaiti hesabına borc ödənilməli, Girov qoyulan Sep+klon - 1 ədəd, çəkisi – 20 qr, əyarı – 750; Cəmi: 20 qr ilkin satış qiyməti 2044,6 manat müəyyən edilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1051,1 manat əsas, 101,27 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 1162,37 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilsin (Sep+klon - 1 ədəd, çəkisi – 20 qr, əyarı – 750; Cəmi: 20 qr), bu əmlaklar açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti hesabına borc ödənilsin. Girov qoyulan Sep+klon - 1 ədəd, çəkisi – 20 qr, əyarı – 750; Cəmi: 20 qr ilkin satış qiyməti 2044,6 manat müəyyən edilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SBLMB-08257 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar