Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5606/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı işçinin işəgötürənə vurduğu ziyana görə maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı işçinin işəgötürənə vurduğu ziyana görə maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1779 manat əsas borc məbləği, 70 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 1999 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27 mart 2023-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona, 3400 manat pul məbləği dəyərində bilet təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, cavabdeh tərəfindən verilən izahat zamanı müştəriyə biletlərin bir qisminin nisyə satışını həyata keçirdiyini bildirmişdir. Şirkət tərəfindən lotoreya biletlərinin müştərilərə nisyə satışının qadağan edildiyinidə cavabdeh öz izahatında qeyd etmişdir. Bununla da əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verilmişdir. Maddi ziyandan ümumilikdə 310 manat ödənilmiş, lakin geriyə qalan 1779 manat məbləğində borc bu günə kimi qaytarılmamışdır. xx.xx.2023- cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-nə olan borcu 1779 manat təşkil edir. Nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 991 manat məbləğində maddi ziyan vurulmuşdur. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. 29 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 1779 manat 2. İlkin mediasiya sessiyası üzrə xərclər – 70 manat 3. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq – 150 manat, cəmi 1999 manat. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmənin electron sisteminə ərizə ilə müraciət edərək, başqa məhkəmədə iclas təyin edildiyindən, həmin iclasda iştirakı məcburi olduğundan baxış iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə dair münasibətini və mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - İşəgötürən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətində satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 350 manat təşkil edir. - İşəgötürən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh maddi sərvətlərin gələcəkdə qoruyub saxlamaq məqsədi ilə ona inzibati heyət tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı QSC (VÖEN **********) arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin təqsirli hərəkətləri nəticəsində İddiaçı QSC-nə 2089 manat maddi ziyan vurulmuşdur. Maddi ziyandan ümumilikdə 310 manat ödənilmiş geriyə qalan 1779 manat bu arayışın verildiyi günə kimi ödənilməmişdir. Odur ki, Cavabdeh İddiaçı QSC-nə olan borcu xx.xx.2023-cü il tarixinə 1779 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli xxxxxxx000600 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İntegral Express» Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə satıcı vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 350 manat təşkil edir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediasiya ödənişi olaraq 70 manat Bakı 2 saylı Mediasiya Təşkilatına, 150 manat “Sirus” Vəkil Bürosunun hesabına köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli Üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Cavabdeh təhvil verilmiş malların hesabında tərəflərin iştirakı ilə həyata keçirilən malların sayımı nəticəsində 2089 manat çatışmazlıq aşkar edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşına təhvil verilən malların dəyəri 3400 manat, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının hesabında malların sayımı nəticəsində aşkarlanan mal qalığı 1411 manat, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının hesabındakı çatışmazlıq 2089 manat təşkil edir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə Cavabdeh tərəfindən verilmiş izahatın surətindən görünür ki, İddiaçı QSC tərəfindən ona satmaq üçün 3400 manatlıq lotareya biletləri verilib. xx.xx.2023-cü il tarixində qalıqlarını sayarkən 2089 manat kəsiri çıxmışdır. Bu kəsir onda müştəriyə nisyə mal satdığı üçün yaranıb. Baxmayaraq ki, nisyə mal satışını Aslan müəllim ona qadağan etmişdir. - xx.xx.2023-cü il tarixli 00072 nömrəli X3 Aktından görünür ki, Cavabdeh 3400 manat, həmin tarixli 000073 nömrəli X3 Aktından görünür ki, 1000 manat məbləğində mal təhvil verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 27 mart 2023-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı QSC-də satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona, 3400 manat pul məbləği dəyərində bilet təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, cavabdeh tərəfindən verilən izahat zamanı müştəriyə biletlərin bir qisminin nisyə satışını həyata keçirdiyini bildirmişdir. Şirkət tərəfindən lotoreya biletlərinin müştərilərə nisyə satışının qadağan edildiyini də cavabdeh öz izahatında qeyd etmişdir. Bununla da əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verilmişdir. 2089 manat maddi ziyandan ümumilikdə 310 manat ödənilmiş, lakin geriyə qalan 1779 manat məbləğində borc bu günə kimi qaytarılmamışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-nə olan borcu 1779 manat təşkil edir. Nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 1779 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda, iddiaçı işçi tərəfindən vurulmuş ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. Mülki iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləsinə əsasən, Cavabdeh ona inzibati heyət tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti müəyyən olunmuşdur. Beləliklə də, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilədən də göründüyü kimi, işçi işə qəbul edilərkən əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliklərlə yanaşı, müəssisənin əmlakına görə də məsuliyyət daşımağı, eyni zamanda, həmin əmlaka dəymiş zərərə görə Cəmiyyət qarşısında tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 tərəfindən tərtib edilmiş Üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Cavabdeh təhvil verilmiş malların hesabında tərəflərin iştirakı ilə həyata keçirilən malların sayımı nəticəsində 2089 manat çatışmazlıq aşkar edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşına təhvil verilən malların dəyəri 3400 manat, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının hesabında malların sayımı nəticəsində aşkarlanan mal qalığı 1411 manat, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının hesabındakı çatışmazlıq 2089 manat təşkil edir və cavabdeh tər həmin borc izahatında etiraf edilmişdir. Əmək Məcəlləsinin:
191. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
192. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Beləliklə, iş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə Bakı 2 aylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasdiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmək mübahisəsi üzrə 2089 (iki min səksən doqquz) manat maddi ziyanın ödənilməsi tələbinə dair xx.xx.2023-cü il tarixdə təklif verilmiş, xx.xx.2023-cü il tarixdə cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehin iddiaçı qarşısında maddi məsuliyyətdən azad edilməsinə əsas olmadığından sonuncunun cavabdehdən pul tələbinə dair məhkəmə qaydasında müdafiə etmək hüququ istisna edilməmişdir. Əmək Məcəlləsinin:
198. maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
199. maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
200. maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
202. maddəsinə əsasən, 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
205. maddəsinə əsasən, 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş aktlar əsasında Cavabdeh iddiaçıya 2089 manat borcunun yaranması öz təsdiqini tapmış və həmin borc məbləğinin yaranmasına dair akt cavabdeh tərəfindən təsdiq edilərək etiraf edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışına əsasən həmin borc məbləğindən cavabdeh tərəfindən 310 manat ödənilmiş, 1779 manat borc ödənilməmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehdən 1779 manat borcun tutulması xahiş olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli izahat əsasında həmin cavabdehin 2089 manat borcunun yaranması cavabdehin özü tərəfindən verilmiş etiraf ərizəsi ilə təsdiq olunaraq sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 1779 manat pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4. maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. İş materiallarından görünür ki, İddiaçı QSC hüquqi yardımın göstərilməsi üçün “Sirus” Vəkil Bürosunun hesabına 150 (iyüz əlli) manat pul köçürmüşdür. Azərbaycan Respublikası MPM-nın 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını və sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehdən vəkilin göstərdiyi hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat pul vəsaiti iddiaçınını xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə, QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1779 (min yeddi yüz yetmiş doqquz) manat və vəkilin göstərdiyi hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat pul vəsaiti alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov