Məhkəmə qərarları › İş №e-2(012)-5735/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5735/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5735/2022 07.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 07 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehin 05 aprel 2022-ci il tarixə kredit müqaviləsi üzrə cəmi borcu 6726.56 (altı min yeddi yüz iyirmi altı manat əlli altı qəpik) manat təşkil etdiyini, bundan 5617.07 (beş min altı yüz on yeddi manat yeddi qəpik) manat əsas, 1109.49 (min yüz doqquz manat qırx doqquz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 87.26 (səksən yeddi manat iyirmi altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi sonunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli ***-*******ƏNK051119-01 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi götürmüş, lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, nəticədə Cavabdeh İddiaçı ASC-yə 5617.07 (beş min altı yüz on yeddi manat yeddi qəpik) manat əsas, 1109.49 (min yüz doqquz manat qırx doqquz qəpik) manat faiz borcu, cəmi 6726.26 (altı min yeddi yüz iyirmi altı manat əlli altı qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 05 noyabr 2019-cu il tarixli ***- *******ƏNK051119-01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 11 aprel 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 05 noyabr 2019-cu il tarixli ***-*******ƏNK051119-01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5617.07 (beş min altı yüz on yeddi manat yeddi qəpik) manat əsas, 1109.49 (min yüz doqquz manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla. cəmi 6726.26 (altı min yeddi yüz iyirmi altı manat əlli altı qəpik) manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, X1 xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-dən 10000 manat məbləğində vəsait götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən banka olan borcun ödənilməsi, əks təqdirdə qanunun tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Мəcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, bоrclu оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra еdilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 87.26 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 5617.07 (beş min altı yüz on yeddi manat yeddi qəpik) manat əsas, 1109.49 (min yüz doqquz manat qırx doqquz qəpik) manat faiz borcu, cəmi 6726.26 (altı min yeddi yüz iyirmi altı manat əlli altı qəpik) manat və iş üzrə ödənilmiş 87.26 (səksən yeddi manat iyirmi altı qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 05 noyabr 2019-cu il tarixli ***-*******ƏNK051119-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 5617.07 (beş min altı yüz on yeddi manat yeddi qəpik) manat əsas, 1109.49 (min yüz doqquz manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi borcu 6726.56 (altı min yeddi yüz iyirmi altı manat əlli altı qəpik) manat və 87.26 (səksən yeddi manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar