Məhkəmə qərarları › İş №e-2(012)-5839/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5839/2025

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5839/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi və uşağın təhsili üçün çəkilmiş xərclərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 17 may 2017-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə minimal əmək haqqının 0,75 misli həddində aliment və uşağın icbari təhsili üçün onun tərəfindən çəkilmiş xərclərin 50 faiz hissəsi kimi 1394,25 manatın Cavabdeh tutularaq ona ödənilməsi, övladının gələcəkdə icbari təhsili üçün çəkiləcək xərclərin 50 faiz hissəsinin Cavabdeh tərəfindən ödənilməsi, həmçinin hüquqi yardıma görə ödənilmiş 850 manat haqqın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 17 may 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq 300 manat (indeksləşdirilmiş qaydada: sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimal əmək haqqının 0,75 misli) müəyyən olunması, uşağın icbari təhsili üçün iddiaçı X9 tərəfindən çəkilmiş xərclərin 50 faiz hissəsi kimi 1394,25 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, təqdim edilmiş sənədlər üzrə övladının icbari təhsili üçün çəkilən xərclərin 50 faiz hissəsinin Cavabdeh tutulması, hüquqi yardıma görə ödənilmiş 850 manat haqqın və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı X9 ilə Cavabdeh arasında 15 aprel 2015-ci ildə nikah qeydə alınmışdır. Tərəflərin birgə nikahdan bir övladı — 17 may 2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-351/2021 saylı qətnaməsi ilə X9 və Cavabdeh arasında 15 aprel 2015-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeyd kitabında 37 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 17 may 2017-ci il təvəllüdlü X3 X4 yanında saxlanılması və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X7 ödənilməsi qət edilmişdir. İddiaçı aliment məbləğinin indeksləşdirilməsi ilə bağlı Naxçıvan MR Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(078)-190/2025 nömrəli qərardadı ilə qərara alınmışdır ki, tələbkar İddiaçı borclu Cavabdeh qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilsin və Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(078)-35/2021 nömrəli qətnaməsi ilə 17 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh tutulan hər ay 130 manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya edilsin. Birgə nikahdan olan uşağın saxlanılması üçün aliment məbləği 2021-ci ildə cavabdehin o dövrdə olan maddi vəziyyətinə müvafiq olaraq təyin edilmişdir. Keçən 4 il ərzində cavabdehin maddi vəziyyəti yaxşılaşmış və xeyli dəyişmişdir. Onlarda olan məlumata görə cavabdeh hazırda işləyir və 1300 manat əmək haqqı alır. Ona görə də 4 il əvvəl müəyyən olunan və indeksləşdirilmiş alimentin məbləğinin yenidən nəzərdən keçirilməsi və cavabdehin maddi vəziyyətinin yaxşılaşması, uşağın yaşı ilə əlaqədar yaşayış, təhsil, geyim, yemək xərclərinin artması nəzərə alınaraq aliment məbləği 300 manata artırılmalıdır. Nəzərə almaq lazımdır ki, ailə qanunvericiliyinə görə 1 uşağa görə aliment ödəyən şəxsin gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən oluna bilər. Cavabdehin əmək haqqının 1300 manat olmasını nəzərə aldıqda, onun ¼ hissəsi 325 manat təşkil edir ki, iddiaçının tələbi bu məbləğdən də azdır. Habelə, cavabdeh birgə nikahdan olan uşağın təhsil xərclərinin çəkilməsində də valideyn kimi iştirak etmir və iddiaçı bu xərcləri təkbaşına qarşılayır. İddiaçı X9 tərəfindən X3 təhsil haqqı üçün xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək 2788,50 manat xərc çəkilmişdir. Uşağın özəl məktəbdə təhsil alması barədə hər iki valideynin razılığı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində hətta gələcəkdə tutulmalı olan xərclərin tələb edilməsi halı ilə bağlı qeyd olunmuşdur. Hesab edirlər ki, birgə nikahdan olan uşağın təhsilə çəkilən xərclər valideynlər arasında bərabər bölünməli və cavabdehdən 1394,25 manat pul tutulmalıdır, habelə gələcəkdə uşağın təhsil xərclərinin 50 % hissəsinin cavabdeh tərəfindən ödənilməsi öhdəliyi müəyyən olunmalıdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh hazırkı maddi-sosial vəziyyəti nəzərə alınmalıdır. Belə ki, kirayədə yaşadığı üçün mənzil xərcləri daim cavabdehin üzərindədir. Bundan başqa cavabdeh səhhətində ciddi narahatlıqları olan anasının bütün tibbi ehtiyaclarının — müalicə, dərman və digər zəruri xərclərin təmin edilməsi bilavasitə cavabdehin öhdəliyindədir. Bu məsuliyyət gündəlik və aylıq xərclərinin yükünü əhəmiyyətli şəkildə artırır. Üstəlik, cavabdehin mövcud kredit öhdəlikləri üzrə hər ay ödəniş etməsi zəruridir ki, bu da maliyyə vəziyyətini daha da sıxışdırır. Bu şərait fonunda iddiaçı tərəfindən tələb edilən məbləğlərin cavabdehin real ödəmə qabiliyyəti ilə uyğun gəlmədiyi açıq şəkildə görünür. Cavabdeh qanunvericiliklə müəyyən olunmuş aliment öhdəliyinin icrasından yayınmır və uşağın əsas təminat xərclərinin qarşılanmasına etiraz etmir. Lakin əlavə xərc kimi təqdim olunan məbləğlər hər hansı sübutla təsdiqlənməmiş, həmin xərclərin faktiki olaraq çəkilib-çəkilmədiyi və zəruriliyi müəyyən edilməmişdir. Bu baxımdan iddianın bu hissəsinin hüquqi əsasları möhkəm deyildir və qəbul edilməməlidir. Elektron sistemdə Cavabdeh aldığı əmək haqqının 1320 manat olması göstərilsə də cavabdeh əslində 1100 manat maaş alır. Həmçinin cavabdeh kirayə və kredit müqavilələri bağlamışdır, kirayə müqaviləsi üçün ayda 350 manat kirayə haqqı ödəyir. Cavabdehin himayəsində yaşlı və xəstə anası vardır. Onlar alimentin indeksasiyasını qəbul edirlər. Lakin bu tələb onların maddi vəziyyətini daha da çətinləşdirir. İddianın təhsil xərcləri ilə bağlı bildirir ki, dövlətdə icbari təhsil ödənişsizdir və uşaq standart dövlət məktəblərindən birində təhsil ala bilər. Cavabdeh uşağın ödənişli məktəbdə təhsil almasına razılıq verməmişdir və heç ödəniş etməyə də imkanı yoxdur. Onlar iddia tələbini uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin indeksasiyası hissəsində qəbul etsələr də iddianı digər hissələrdə qəbul etmirlər. Birgə nikah dövründə cavabdeh bankdan kredit götürmüşdür. Hesab edirlər ki, aliment təyin olunarkən cavabdehin faktiki vəziyyəti, kredit götürməsi və kirayədə qalması nəzərə alınmalıdır. Uşaq özəl məktəbə yazdırılarkən atası olan cavabdehə məlumat verilməmiş, atanın razılığı və xərclərin qarşılanmasında onun fikri nəzərə alınmamışdır. Uşağın ali məktəbə daxil olması halında onlar təhsil xərclərində iştirak etməyə etiraz etmirlər, lakin uşaq dövlət məktəbində də təhsil ala bilər. Bundan əlavə Naxçıvan MR Babək Rayon Məhkəməsinin qərarı əsasında verilmiş icra vərəqəsinə əsasən birgə nikah dövründə götürülmüş kredit borcuna görə cavabdehin əmək haqqının 50 faizi tutulur. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş AZ-İV № 785416 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 may 2017-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş AZ-İ № 401488 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Orduyeva (Niftaliyeva) Surə Ramiz qızının nikahı Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-351/2021 saylı qətnaməsinə əsasən pozulmuş, nikaha 02 iyul 2021-ci il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 69 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Niftaliyeva” soyadı verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsinin və ona 1 nömrəli Əlavənin (Ödəniş cədvəlinin) surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 21 faiz dərəcəsi ilə 60 ay müddətinə (xx.xx.2026-cı il tarixədək) 9500 manat məbləğində kredit verilmiş və Cavabdeh banka olan borcuna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq ödəniş 257,01 manat olmaqla ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" Təhsil Kompleksi QSC ilə İddiaçı arasında bağlanmış 06 may 2024-cü il tarixli, 1SM012 nömrəli Təhsil xidməti göstərilməsi haqqında tapşırıq müqaviləsinin və ona 1 nömrəli Əlavənin surətindən görünür ki, təhsil müəssisəsi "xxxx" Təhsil Kompleksi QSC tələbə X5 bu müqaviləyə Əlavə(lər)də müəyyən edilən təhsil proqramına qeydiyyatı həyata keçirərək və həmin proqramı tədris edərək ödənişli təhsil xidməti göstərməyi, valideyn İddiaçı isə bu xidmətin əvəzində Əlavələr ilə müəyyən olunmuş qeydiyyat haqqını və bu təhsil proqramının tədris olunması üçün ödənişi təhsil müəssisəsi "xxxx" Təhsil Kompleksi QSC-yə ödəməyi öhdəsinə götürmüş, həmçinin müqavilədə ödənişlərin valideyn və ya onun təyin etdiyi üçüncü şəxs tərəfindən bu müqavilənin və/və ya müqaviləyə Əlavə(lər)in şərtlərinə uyğun olaraq təhsil müəssisəsinə həyata keçirilməsi və tələbənin qəbulu və təhsil prosesinə davam etməsinin hər növbəti tədris ili üzrə ödənişlərin bu müqavilənin və Əlavələrinin tələblərinə uyğun olaraq edilməsindən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə sözügedən müqaviləyə 1 nömrəli Əlavəyə əsasən tələbə X3 2024-2025-ci il tədris ili üzrə (15 sentyabr 2024-cü il – 15 iyun 2025-ci il tarixlərində) "xxxx" Təhsil Kompleksi QSC-nin balansında olan liseyin 2-ci sinfində təhsil alması üçün qeydiyyat haqqı və ilkin ödəniş 500 manat, hər ay 250 manat ödəniş edilməklə 2500 manat təhsil haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" Təhsil Kompleksi QSC ilə İddiaçı arasında bağlanmış 06 may 2024-cü il tarixli, 1SM012 nömrəli Təhsil xidməti göstərilməsi haqqında tapşırıq müqaviləsinə xx.xx.2025-ci il tarixli, 2 nömrəli Əlavənin surətindən görünür ki, tələbə X3 2024-2025-ci il tədris ili üzrə (15 sentyabr 2024-cü il – 15 iyun 2025-ci il tarixlərində) "xxxx" Təhsil Kompleksi QSC-nin balansında olan liseyin 2-ci sinfində təhsil alması üçün təhsil haqqı 2778 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, tələbkar İddiaçı borclu Cavabdeh qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 nömrəli qətnaməsi ilə 17 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan hər ay 130 manat miqdarında sabit pul məbləğində alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya edilməsi və indeksasiya edilmiş alimentin tutulmasının qərardad qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan kirayəyə verən X6 ilə kirayəçi Cavabdeh arasında bağlanmış və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində 3M-730 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsindən) görünür ki, kirayəyə verən X6 AZ 1008, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104,7 kv/m olan mənzilin tam hissəsini kirayəyə vermiş, həmin müqavilədə kirayə müddətinin xx.xx.2028-ci il tarixədək müəyyən edilməsi və kirayəçi Cavabdeh kirayəyə verən X2 aylıq 350 manat kirayə haqqı ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh gəlir məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1360 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 81.1-ci, 81.2-ci və 112.1-ci maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 15 aprel 2015-ci ildə rəsmi nikaha daxil olmuş və tərəflərin birgə nikahdan bir övladı — 17 may 2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-351/2021 saylı qətnaməsi ilə X9 və Cavabdeh arasında 15 aprel 2015-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeyd kitabında 37 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 17 may 2017-ci il təvəllüdlü X3 X4 yanında saxlanılması və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X7 ödənilməsi qət edilmişdir. Daha sonra hazırkı iş üzrə iddiaçı aliment məbləğinin indeksləşdirilməsi ilə bağlı Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından göründüyü kimi İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 nömrəli qətnaməsi ilə 17 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan hər ay 130 manat miqdarında sabit pul məbləğində alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya edilməsi və indeksasiya edilmiş alimentin tutulmasının qərardad qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 17 may 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq 300 manat (indeksləşdirilmiş qaydada: sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimal əmək haqqının 0,75 misli) müəyyən olunması, uşağın icbari təhsili üçün iddiaçı X9 tərəfindən çəkilmiş xərclərin 50 faiz hissəsi kimi 1394,25 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, təqdim edilmiş sənədlər üzrə övladının icbari təhsili üçün çəkilən xərclərin 50 faiz hissəsinin Cavabdeh tutulması, hüquqi yardıma görə ödənilmiş 850 manat haqqın və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh gəlir məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1360 manat təşkil edir. Cavabdehin hal-hazırda aldığı əmək haqqı iddiaçının tələb etdiyi alimentin artırılmasına imkan verdiyindən məhkəmə hesab edir ki, alimentin məbləği artırılmalı, birgə nikahdan olan 17 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Lakin işin faktiki hallarından göründüyü kimi Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış 14 dekabr 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsinə əsasən banka olan borcuna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq ödəniş 257,01 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüş, hal-hazırda da borc üzrə banka ödənişlər edir, bundan başqa cavabdeh tərəf olduğu xx.xx.2025-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən AZ 1008, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104,7 kv/m olan mənzilə görə aylıq 350 manat kirayə haqqı ödəyir. Məhkəmə yuxarıda qeyd olunan cavabdehə aid diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddia tələbinin digər hissələrdə təmin edilməsi cavabdehin hazırkı maddi durumuna uyğun deyildir, cavabdehin gəliri və qazancı ilə uzlaşmır, bu səbəbdən də məhkəmə həmin hissələrdə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.11-1-ci maddəsində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Bundan əlavə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 850 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquq xidmətlərinin göstərilməsinə görə ödəniş etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Həmçinin iddia tələbinin 50 manat dövlət rüsumunun Cavabdeh iddiaçının nəfinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı artırılaraq, 17 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin artırılmış məbləğinin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə qanuni qüvvəsini aldıqdan sonar icraya yönəldilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar