Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5923/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli 1xx/xx/88499/14 saylı kredit müqaviləsi üzrə 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 667,44 (altı yüz almış yeddi manat, 44 qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 2263.61 (iki min iki yüz altmış üç manat, 61 qəpik) manat məbləğində pulun və 42.64 (qırx iki manat, 64 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında 11 dekabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/88499/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 667,44 (altı yüz almış yeddi manat, 44 qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 2263.61 (iki min iki yüz altmış üç manat, 61 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, onun banka iddia ərizəsində göstərilən məbləğdə borcu olmadığını, vaxtlı-vaxtında ödəniş qrafikinə uyğun olaraq ödəniş etdiyini, lakin birdən-birə bankın bağlandığını, borcunu hara ödəyəcəyini bilmədiyini, onunla bu barədə əlaqə saxlayanın olmadığını, hazırda günə 15 manata işlədiyini, 3-4 aylıq borcunun olduğunu qəbul etdiyini, əlavə faizləri və cərimələri qəbul etmədiyini bildirmişdir. O, daimi iş sahibi olmadığını və 2 uşağını saxlamalı olduğunu da nəzərə alaraq borcunun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 dekabr 2014-cü il tarixli 1xx/xx/88499/14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, QSC “Bank Standard” İKB tərəfindən Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixinə kimi hər ay banka 107.75 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, QSC “Bank Standard” İKB tərəfindən Cavabdeh banka olan 1686.90 manat borcun 3 gün müddətinə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh 11 dekabr 2014-cü il tarixli 1xx/xx/88499/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə QSC “Bank Standard” İKB-yə 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 667,44 (altı yüz almış yeddi manat, 44 qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 2263.61 (iki min iki yüz altmış üç manat, 61 qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə Ləğv prosesində olan QSC “Bank Standard” İKB tərəfindən xəbərdar edilmişdir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc, faiz borcu və gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi hissədə təmin, cərimə hissədə isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 667.44 manat cərimənin məbləği azaldılmalı və 66 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı QSC “Bank Standard” İKB ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 66 (altmış altı) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 1662.17 (min altı yüz altmış iki manat on yeddi qəpik) manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 42.64 manatın 40 manat məbləğindəki hissəsi Cavabdeh alınaraq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 dekabr 2014-cü il tarixli 1xx/xx/88499/14 saylı kredit müqaviləsi üzrə 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 66 (altmış altı) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 1662.17 (min altı yüz altmış iki manat on yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumu üçün 40 manat alınaraq Ləğv prosesində olan QSC “Bank Standard” İKB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-5923/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5923/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver