Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-595/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 Cəlal qızı, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 vərəsələri Cavabdeh3 Cəlal qızı, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 paylarına mütənasib qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 529,31 manat, vəfat etdiyi tarixə 0,01 manat faiz borcu olmaqla, cəmi 529,32 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu X3 "xxxx" ASC-nin Xırdalan filialı ilə bağladığı xx.xx.2021-ci il tarixli, BPM**********55 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə, 16 faizlə 1100 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X3 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 2 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən X1 vərəsələri Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 vərəsə kimi tanınması, qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsi ilə bağlı məlumat verilmişdir və qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən görə X1 banka əsas borc üzrə 529,31 manat, vəfat etdiyi tarixə 0,01 manat faiz borcu olmaqla, cəmi 529,32 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehlər X1 miras əmlakı qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3 Cəlal qızı, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin mərhum X1 vərəsəsi Cavabdeh5 aid hissədə icraata xitam verilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC Cavabdeh3 Cəlal qızı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ilə yanaşı Cavabdeh5 da cavabdeh kimi göstərərək iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iş materiallarında olan Cavabdeh5 şəxsi məlumatları barədə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsindən görünür ki, Cavabdeh5 27 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-in 261.0.7; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" ASC-nin iddia tələbinin mərhum X1 vərəsəsi Cavabdeh5 aid hissədə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-595/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-595/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver