Məhkəmə qərarları › İş №e-2(012)-601/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-601/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-601/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyan və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyan və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5030 (beş min otuz) manat dəymiş ziyanın, hər gün üçün 79 (yetmiş doqquz) manat olmaqla məhkəməyə müraciət edilən tarixədək ümumilikdə 551 (beş yüz əlli bir) manat əldən çıxmış fayda məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 75,81 (yetmiş beş manat səksən bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 86 №-li icarə müqaviləsinə əsasən, İcarəyə verən “KİA Optima” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı (texniki passport № BB228811) nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixinədək icarəyə götürənin müvəqqəti istifadəsinə icarəyə verir. Nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 79 (yetmiş doqquz) manat razılaşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən, İcarəyə götürən icarəyə götürdüyü avtomobili müqavilədə nəzərdə tutulmuş müddətdə, saz və işlək vəziyyətdə icarəyə verənə qaytarmağa borcludur. İcarəyə verən müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etsə də, icarəyə götürən öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən müəyyən edilmiş nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə cavabdehin istifadəsinə icarəyə vermiş lakin icarəyə götürən müqavilənin şərtlərinə zidd olaraq saz və işlək vəziyyətdə iddiaçıya qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə avtomobildən texniki təyinatı üzrə istifadə etməməsi və lazımi qaydada diqqət göstərməməsi nəticəsində avtomobili nasaz vəziyyətə gətirmişdir. Bununla bağlı icarəyə verənə məlumat verildikdən dərhal sonra avtomobil texniki xidmət tərəfindən servisə aparılmış və motorunun nasaz vəziyyətə gətirilməsi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “30” avqust 2024-cü il tarixli “Qüsur Aktı”na əsasən, İddiaçı MMC-yə məxsus **-PG-*** dövlət qeydiyyat nişanlı, KİA Optima markalı minik avtomobilinə ümumilikdə 5030 (beş min otuz) manat həcmində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5.3-cü maddəsinə əsasən, icarəyə götürən icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə geri qaytarmalıdır. Həmin müqavilənin 4.5.2-ci maddəsinə əsasən, icarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və.s halları üçün cavabdehlik və məsuliyyət daşıyır. Dəymiş ziyanın ödənilməsi məqsədilə cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq edilmiş lakin çoxsaylı vədlərə baxmayaraq bu günə kimi dəymiş ziyanın ödənilməsi məqsədilə hər hansı addım atılmamışdır. Məlum olduğu kimi, iddiaçı kommersiya hüquqi şəxsdir və fəaliyyət istiqaməti avtomobillərin icarəyə verilməsi ilə gəlir əldə etməkdir. Cavabdehin icarəyə götürdüyü avtomobili istifadəyə yararsız vəziyyətə salması, törətdiyi hüquq pozuntusunun vaxtında aradan qaldırılması üçün hər hansı addım atmaması iddiaçıya 5030 manat məbləğində məddi ziyan vurmaqla yanaşı onu gələcəkdə də əldə edəcəyi gəlirlərdən məhrum etmiş olur. Təqdim edilmiş icarə müqaviləsindən, həmçini iddiaçıya məxsus web saytından görünür ki, icarəyə verilən nəqliyyat vasitəsinin günlük icarə haqqı 79 (yetmiş doqquz) manat müəyyən edilmişdir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması və nəqliyyat vasitəsindən istismar qaydalarına zidd şəkildə istifadə edilməsi nəticəsində avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür və həmin tarixdən məhkəməyə müraciət edilən tarixədək (23 avqust 2024- cü il tarixdən 21 sentyabr 2024-cü il tarixinədək) iddiaçı həmin nəqliyyat vasitəsindən əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Odur ki, əldən çıxmış fayda olaraq hər gün üçün 79 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, xx.xx.2024-cü il tarixdə avtomobil cavabdehə təhvil verilb, elə həmin gün də, motoru sıradan çıxaraq geri təhvil verilib. xx.xx.2024-cü il tarixdə avtomobil servisə verilib və orada təmir üçün ümumi smeta çıxarılıb. Avtomobil gündəlik icarəyə verilib gəlir əldə olunur. Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, avtomobilə vizual baxış və yoxlama edilmədən müqaviləni imzalamış və kartdan karta ödəniş edərək, avtomobilin açarını götürmüşdür. O, hava limanı istiqamətində hərəkət edərkən avtomobil ani olaraq sönmüşdür. Bundan sonra evakuatora 45 manat ödəniş edərək, avtomobili ofisin qarşısına gətirmişdir. Avtomobili idarə edərkən heç bir manevr etməmiş, avtomobili sürməyə başladıqdan təxminən 30-40 dəqiqə sonra sönmüşdür. Müqaviləni oxuyub imzalasa da, müqavilə imzalananda heç avtomobilə baxış keçirməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, maşın heç bir yoxlanış edilmədən, yəni cekliz edilmədən təhvil verilib. Sadəcə açar təqdim edilib və maşın sürülüb. Bundan əlavə iddiaçı tərəf cavabdehin sürücülük vəsiqəsin götürüb qaytarmırdı. Ona görə də məcbur qalıb yenidən sürücülük vəsiqəsi almışdır. Məhkəmə proses iştirakçıkarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 86 saylı icarə müqaviləsindən və ona edilmiş əlavədən (Akt) görünür ki, İddiaçı MMC (icarə verən) “Kia Optima” markalı, 77PG470 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər gün üçün 79 manat hesablanmaqla Cavabdeh (icarəyə götürən) icarəyə vermişdir. Həmin müqavilənin 4.5.2-ci maddəsinə əsasən, icarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və.s halları üçün cavabdehlik və məsuliyyət daşıyır. 4.5.3-cü maddəsinə əsasən, icarəyə götürən icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə geri qaytarmalıdır. Aktdan görünür ki, Cavabdeh “Kasko sığorta yoxdur cavabdeh özüməm” qeydi edib, imza etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, “Kia Optima” markalı, 77PG470 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5030 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 701-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı MMC Cavabdeh ona 5030 manat maddi ziyan vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qeyd edilən normalara əsasən əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən hər hansı qiymətləndirilmə aktı tərtib edilməmiş, məhkəmə araşdırması zamanı da həmin aktın olması öz təsdiqini tapmamışdır. Belə olan halda Cavabdeh iddiaçı qarşısında öhdəlik daşımasına əsas hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı MMCnin 5030 manat pulun ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin hər gün üçün 79 (yetmiş doqquz) manat olmaqla məhkəməyə müraciət edilən tarixədək ümumilikdə 551 (beş yüz əlli bir) manat əldən çıxmış fayda məbləğinin iddiaçının xeyrinə tutulması hissəsində də qeyd edir ki, əsas tələb təmin edilmədiyindən bu hissədə də iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyan və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar