Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-611/2025 20.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına vurulmuș ziyana görə 6924,19 manat, həmçinin çəkilməli olan xərclərin əvəzi kimi 8000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 24924,19 manat məbləğində pulun, eyni zamanda 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yarıma görə ödənilmiş 321 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində icarə əsasında idarə etdiyi göy rəngli “Opel Astra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilini onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlaması və ona guya ki, avtomobilin üzərinə çirkli su atdığını bildirməsi səbəbindən yaranmış mübahisə zamanı sağ qolunu əli ilə qəsdən dəmir darvazaya vuraraq və ayağı ilə sol ayağına qəsdən zərbə endirərək sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cavabdeh onun sağlamlığına qəsdən az ağır xəsarət yetirməsi faktına əsasən xx.xx.2023-cü il tarixdə Abseron rayon X12 Șobəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət iși başlanaraq icraata qəbul edilmişdir. Həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmış, X3 isə Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmușdur. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Abșeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-353/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətilməsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Abşeron rayon şöbəsinin 14 dekabr 2022 ci il tarixli, 2858 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 07 dekabr 2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, təpik və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 Abşeron rayon şöbəsinin 21 fevral 2023-cü il tarixli, T77/2023 nömrəli rəyindən görünür ki, İddiaçı sağ mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 07 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə mil sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sağ mil sümüyünün sınıq fraqmentasiyalarının xarakteri lokal hədəfli küt zərbə trayektoriyasına uyğunluğu göstərir. İddiaçı bədənində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün olmamışdır. Mübarizə və ya özünü müdafiə xarakterli xəsarətlərin təyini məhkəmə-tibb ekspertlərinin səlahiyyətlərinə aid deyildir. Xəsarətlərin əlçatan nahiyədə olmasına baxmayaraq onların xarakteri və xüsusiyyətləri şəxsin özü-özünə yetirə bilməsini inkar edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-492/2023 saylı qərarı ilə Cavabdeh Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-353/2023 saylı hökmü Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-457/2024 saylı qərarı ilə məhkum Cavabdeh müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh barəsində olan 13 sentyabr 2023-cü il tarixli, 1(105)-492/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ona qarșı törətdiyi cinayət əməli onun az ağır xəsarət almağı ilə nəticələnmis, hadisədən sonra uzun müddət müalicələr almışdır və bu gün də müalicələri davam edir. Belə ki, aldığı xəsarət sağ mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı ilə müşayiət olunduğundan həkimlər tərəfindən birinci dəfə düzgün bitişdirilə bilmədi. Sınığın əyri birləşməsi isə sonradan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi tərəfindən “sağ mil sümüyünün tipik yerinin bitişmiş əyri köhnə sınığı” kimi qiymətləndirildi. Lakin sağ mil sümüyümdə olan ağrılar artaraq dözülməz hala çatdığından həkimlər yenidən konsilium keçirmək məcburiyyətində qaldılar. Keçirilmiş konsiliumun nəticəsi barədə radioloq X7 rəy verərək bildirdi ki, “kohnə sınıqlar xronik kompresson sınıq kimi yazılır. Təzə sınıq mövhumu yoxdur. Radiologiyada sınıq sözü elə təzə sınığa aiddir”. Beləliklə onun sağlamlığına dəymiş zərərlə bağlı müxtəlif xərclər çəkməyinə baxmayaraq, sağ mil sümüyü əyri bitişdiyinə görə müalicələri davam etdiyindən çəkiləcək yeni xərclərlə üzləşmək və bundan sonra da ahıl yaşında dəfələrlə yaşadığı Tərtər rayonundan Bakıya gəlmək məcburiyyətində qalmışdır. X1 təqsirli hərəkətləri nəticəsində hazıradək ona aşağıdakı miqdarda maddi zərər dəymişdir: 1. Telefon danışıq kartlarının alınması üçün – 84 manat (68 ədəd danışıq kartları və 3 ədəd Azercell balans artırma qəbzləri); 2. xx.xx.2022-ci il tarixdən bu günə kimi Tərtər-Bakı, Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Kürdəmir istiqamətində avtobusdan istifadəyə görə - 69,08 manat. 3. Bakı kartla avtobusdan istifadəyə görə - 108 manat; 4. Taksi xidmətindən istifadəyə görə - 318 manat; 5. 4 ədəd disklərin alınması və yığılması üçün - 50 manat; 6. DVD-foto diskin alınması və yığılması üçün - 52 manat; 7. Ərizələr, izahatların yazılması va sənədlərin surətlərinin çıxarılması üçün - 150 manat; 8. Hadisə zamanı mobil telefonun yerə düşməsi nəticəsində telefona dəymiş zərər - 350 manat; 9. Hadisə zamanı sınmış eynəyin yenisinin alınması üçün - 105 manat; 10. Müayinə və müalicələr üçün həkimlərə çəkilən xərclər (USM, rentgenlər, ilkin fizioterapiya, sol çiyin, sol diz, sağ qol-bilək) –605 manat; 11. İstanbul NS Klinikasında MRT müayinəsi (sağ qol-bilək, əl) üçün - 145 manat; 12. Sağ bilək maneji üçün - 25 manat; 13. Sol diz maneji üçün - 45 manat; 14. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək baxıcı üçün ödənilmiş - 500 manat; 15. xx.xx.2022-ci il tarixdən bu günədək iynələrin vurulması üçün tibb bacısına ödənilmiş – 200 manat; 16. Sənədlərin göndərilməsi üçün poçt xərci – 9,61 manat; 17. xx.xx.2022-ci il tarixdən bu günədək dərman preparatlarının alınması üçün –543,58 manat; 18. Qəbzsiz dərmanlar 167 manat; 19. Cinayət işində vəkil ödənişi – 100 manat; 20. Cinayət işində etibarnamə üçün – 19 manat;
21. Mülki işdə etibarnamə üçün – 18 manat; 22. Yasamal Hospitala ödənilmiş - 104 manat;
23. Yasamal Hospitala ödənilmiş - 60 manat; 24. Güvən Kilinikaya ödənilmiş 55 manat; 25. X2 üçün ödənilmiş 450 manat; 26. Çəkilmiş digər xərclərə görə Kapital Bankdan alınmış 2000 manat əsas borc, 396,92 manat faiz borcu olmaqla, cəmi 2396,92 manat; 27. Qarabağ Klinikaya ödənilmiş – 40 manat; 28. İstanbul NS Klinikasında MRT müayinəsi (sol diz üçün) 155 manat. Beləliklə də, ümumilikdə Dadașov Gülümbala Əlimədət oğlunun təqsirli hərəkətləri nəticəsində onun sağlamlığına vurulmuş ziyana görə 6924,19 manat məbləğində xərc çəkilmişdir və həmçinin bundan sonra 8000 manat xərc də çəkilməlidir. İstanbil NS Klinikasının xx.xx.2023-cü il tarixli sol diz oynağının MRT incələməsi, İstanbil NS Klinikasının xx.xx.2023-cü il tarixli mil-bilək oynağının MRT müayinəsi, Respublika Klinik Xəstəxanasının ambulator xəstənin tibbi kartasından xx.xx.2024-cü il tarixli çıxarış, Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli kranial KT müayinəsi və sairə sənədlərdən müayinə və müalicələrin bundan sonra da ömürlük davam edəcəyi aydın şəkildə görünür. Lakin hazırkı vaxta qədər Cavabdeh tərəfindən vurulmuş ziyana görə heç bir xərc ödənilməmişdir. Bunun nəticəsində isə o, mənəvi sarsıntı keçirmiş və ağır iztirab çəkmiş, ona mənəvi zərər vurulmuşdur. Bütün bunların səbəbi isə Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına vurulmuș ziyana görə İddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 7325,29 manat, həmçinin çəkilməli olan xərclərin əvəzi kimi 8000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 24924,19 manat məbləğində pulun, eyni zamanda 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yarıma görə ödənilmiş 321 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına vurulmuș ziyana görə İddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 7325,29 manat, həmçinin çəkilməli olan xərclərin əvəzi kimi 8000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 25325,29 manat məbləğində pulun, eyni zamanda 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yarıma görə ödənilmiş 321 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, 5000 manat nağd ödənilərsə, cavabdehlə razılaşmaq olar. Cavabdeh və onun vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədilər. V.F.Kazımadə qeyd etdi ki, iddianı qəbul etməsə də, Cavabdeh humanistlik baxımından iddiaçıya maksimum 3000 manat pul ödəməyə hazırdır, lakin 5000 manat vəsaiti ödəməyə maddi imkanı çatmır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 1(012)-353/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanıması, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-492/2023 saylı qərarından görünür ki, Cavabdeh Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-353/2023 saylı hökmü Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-457/2024 saylı qərarından görünür ki, Cavabdeh müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh barəsində olan 13 sentyabr 2023-cü il tarixli, 1(105)-492/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına cəmi 164 manat vəsait ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Qarabağ Klinikasının hesabına 40 manat vəsait ödəmişdir. İşdəki çoxsaylı qəbzlərdən (may 2023-cü il tarixli) görünür ki, İddiaçı Güvən Klinikasının hesabına ümumilikdə 505 manat vəsait ödəmişdir. İşdə olan 6 ədəd qəbzin surətindən görünür ki, Tərtər şəhərində yerləşən "xxxx" MMC-nin apteklərinin hesabına ümumilikdə 401,10 manat vəsait ödənilmişdir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Vəkil hesabına 321 manat vəsait ödəmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində qonşusu İddiaçı ilə icarə əsasında idarə etdiyi göy rəngli “Opel Astra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlaması və İddiaçı avtomobilinin üzərinə çirkli su atmasını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sağ qolunu əli ilə qəsdən dəmir darvazaya vuraraq və ayağı ilə sol ayağına qəsdən zərbə endirərək İddiaçı sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da iş materiallarından görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığı uzun müddətə pozulmuş, cavabdeh iddiaçının sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının 7325,29 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işdə bu barədə mötəbər sübutlar (fotoşəkillər, qəbzlər və tibbi arayışlar) mövcuddur və məlum hadisə nəticəsində iddiaçının az ağır xəsarət alması ilə ona 3000 manat məbləğdə maddi ziyan dəyməsi (bu hissəyə həmçinin vəkilə çəkilən xərc də daxil edilir) ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir. Bundan başqa, işdən görünür ki, İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 10000 manat, habelə bundan sonra gələcəkdə çəkiləcək xərc kimi 8000 manat pul da tələb edir. Məhkəmə iddiaçının gələcəkdə çəkiləcək xərcin tutulması barədə tələbini əsassız hesab edir, çünki bu barədə mötəbər sübutlar iş materiallarında mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı ilə məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Qərarın 10-cu bəndində plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının səhhətinə bərpa olunan zərər dəymiş, bunun nəticəsində isə iddiaçı müəyyən mənəvi iztirab keçirmişdir. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Bu baxımdan, məhkəmə iddiaçıya münasibətdə işin hallarını, o cümlədən cavabdehin hazırki hərəkətsizliyini, bunun nəticəsində iddiaçının mənəvi iztirab keçirməsini nəzərə alaraq ağlabatan və ədalətli zərərin məbləğini 500 manat müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi kimi 3000 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 3500 manat pul Cavabdeh tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 3000 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 3500 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Məlahət Abbasova