Məhkəmə qərarları › İş №e-2(012)-612/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-612/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-612/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavаbdеh Cavabdeh 07 oktyabr 2022-ci il tarixli, İBF/504 saylı kredit müqaviləsi üzrə iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 146 455,39 (bir yüz qırx altı min dörd yüz əlli beş manat 39 qəpik) manat əsas borc, 4704,24 (dörd min yeddi yüz dörd manat 24 qəpik) manat faiz borcu, 64,80 (altmış dörd manat 80 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 151 224,43 (bir yüz əlli bir min iki yüz iyirmi dörd manat 43 qəpik) manat borcun və 441,27 (dörd yüz qırx bir manat 27 qəpik) manat dövlət rüsumunun, 52 (əlli iki) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 14 oktyabr 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********82- 11301 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1277 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və onun üzərindəki, ümumi sahəsi 296.70 kv.mdən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq cavabdeh ilə aralarında razılıq əldə edildiyindən, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsi baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hesabına 441.27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasının keçirilməsinə görə Premium Qiymətləndirmə MMC-nin hesabına iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat iddiaçının özünə aid edilməli, digər hissə olan 300 (üç yüz) manatın isə cavabdehdən tutularaq Premium Qiymətləndirmə MMC-nin hesabına (Hesab nömrəsi-AZ85ACAB********************, VÖEN-**********1, Müxbir hesab- AZ10NABZ**********000005644, Bankın kodu-505000) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, qəbz nömrəsi: **********22) ödənilmiş 441.27 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qiymətləndirmə ekspertizasının keçirilməsinə görə Premium Qiymətləndirmə MMCnin hesabına iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat iddiaçının özünə aid edilsin. Qiymətləndirmə ekspertizasının keçirilməsinə görə ödənilməmiş 300 (üç yüz) manat Cavabdeh tutularaq Premium Qiymətləndirmə MMC-nin hesabına (Hesab nömrəsi- AZ85ACAB********************, VÖEN-**********1, Müxbir hesab- AZ10NABZ**********000005644, Bankın kodu-505000) ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar