Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-613/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN EDİR: İddiaçı "xxxx" ASC cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5305,79 manat əsas, 1260,07 manat faiz borc olmaqla, cəmi 6565,86 manat borcun və ödənilmiş 85,66 manat dövlət rüsumunun və 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2023-ci il tarixli EE001090833 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 16.9 % dərəcəsi ilə, 24 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, X7 xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 5305,79 manat əsas, 1260,07 manat faiz borcu olmaqla, cəmi 6565,86 manat borcu qalmışdır. Cavabdehlər mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə 6-2-22/2- 24703/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış CL-EE001090833 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 16,9 faiz dərəcəsi hesablanmaqla 5500 manat məbləğində nağd kredit verilmişdir. -"xxxx" ASC-nin arayışından görünür ki, borcalan X4 CL-EE001090833 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, kredit borcu üzrə 5305,79 manat əsas borcu, 1260,07 manat faiz borcu olmaqla, cəmi 6565,86 manat borcu vardır. -5 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İİ 380494 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. -Abşeron Rayon 1 saylı Notariat Ofisində Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 8İ-1887 reyestr nömrəli, **********887 saylı ərizədən görünür ki, xx.xx.2023-cü ildə onun ünvan 1 ünvanında yaşamış atası X7 vəfat etmişdir. Mirasın tərkibi: ünvan 2 ünvanında yerləşən mənzil, ünvan 3zrə olan 0.4157 ha torpaq sahəsindən X4 payına düşən torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyət üzrə olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.3 kv/m ümumi sahəsi olan fərdi yaşayış evindən X4 payına düşən hissədən irs qalmış mirası qəbul etmişdir. -Abşeron Rayon 1 saylı Notariat Ofisində Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1889 reyestr nömrəli, **********889 saylı ərizədən görünür ki, xx.xx.2023-cü ildə onun ünvan 1 ünvanında yaşamış atası X7 vəfat etmişdir. Mirasın tərkibi: ünvan 2 ünvanında yerləşən mənzil, ünvan 3zrə olan 0.4157 ha torpaq sahəsindən X4 payına düşən torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyət üzrə olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.3 kv/m ümumi sahəsi olan fərdi yaşayış evindən X4 payına düşən hissədən irs qalmış mirası qəbul etmişdir. -Abşeron Rayon 1 saylı Notariat Ofisində Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1888 reyestr nömrəli, **********888 saylı ərizədən görünür ki, xx.xx.2023-cü ildə onun ünvan 1 ünvanında yaşamış atası X7 vəfat etmişdir. Mirasın tərkibi: ünvan 2 ünvanında yerləşən mənzil, ünvan 3zrə olan 0.4157 ha torpaq sahəsindən X4 payına düşən torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyət üzrə olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.3 kv/m ümumi sahəsi olan fərdi yaşayış evindən X4 payına düşən hissədən irs qalmış mirası qəbul etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 4i ünvanında qeydiyyatdadır. İddia tələbinin cavabdehlə bağlı hissəsində məhkəmə qeyd edir ki, ilkin olaraq, iddia tələbinin yönəldiyi cavabdehlərin həmin iddia tələbi ilə bağlı subyektiv hüququnun olubolmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi X7 vəfat etdiyindən onun varislərinə yönəldilmişdir. Abşeron Rayon 1 saylı Notariat Ofisində yazılmış xx.xx.2024-cü il tarixli, 8İ- 1887 reyestr nömrəli, **********887 saylı, xx.xx.2024-cü il tarixli, 8İ-1889 reyestr nömrəli, **********889 saylı və xx.xx.2024-cü il tarixli, 8İ-1888 reyestr nömrəli, **********888 saylı ərizələrdən göründüyü kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü ildə vəfat etmiş ataları X2 qalan mirasın tərkibi: ünvan 2 ünvanında yerləşən mənzil, ünvan 3zrə olan 0.4157 ha torpaq sahəsindən X4 payına düşən torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyət üzrə olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.3 kv/m ümumi sahəsi olan fərdi yaşayış evindən X4 payına düşən hissədən irs qalmış mirası qəbul etmişlər. Göründüyü kimi, mərhum şəxsin vərəsələri artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər kimi göstərilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə işin araşdırılan hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, CL- EE001090833 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 5305,79 manat əsas borc və 1260,07 manat faiz borcu olmaqla, cəmi 6565,86 manat borc cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddianın təmin edildiyindən ödənilmiş 85,66 manat dövlət rüsumu və 0,80 manat bank xidmət haqqı cavabdehlərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. CL-EE001090833 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 5305,79 (beş min üç yüz beş manat yetmiş doqquz qəpik) manat əsas borc və 1260,07 (min iki yüz altmış manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 6565,86 (altı min beş yüz altmış beş manat səksən altı qəpik) manat borc, 85,66 (səksən beş manat altmış altı qəpik) manat dövlət rüsumu və 0,80 (səksən qəpik) manat bank xidmət haqqı cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-613/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-613/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver