Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6149/2023 19.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4872,96 manat məbləğində zərərin və 68,73 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4941,69 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistem məlumatlarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında Cavabdeh Azəriqaz” İB-yə qarşı cərimənin silinməsi barədə iddia ərizəsi üzrə mülki iş vardır. Onun iddia ərizəsi xx.xx.2023-cü il tarixdə həmin məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsində daha əvvəl icraata götürülmüş e- 2(011)-8038/2023 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair e-2(012)-6149/2023 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair e-2(011)-8038/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-6149/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6149/2023
19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver