Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6213/2025 23.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 2025-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 7800 manat borcun və ödənilmiş 98 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 4300 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m sahəni əhatə edən qeyri-yaşayış binası 1 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İcarə haqqının hesablanması tarixi 05 sentyabr 2022-ci il tarixi hesab edilmişdir. İcarə müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam vermədikdə, hazırkı müqavilə eyni şərtlərlə və eyni müddətə yenidən uzadılmış hesab edilir. 05 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən icarəçi icarə müddəti ərzində aylıq əlavə dəyər vergisi daxil 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 26 ay ərzində icarə haqqını ödəməmiş və nəticədə icarə haqqına görə hesablanmış borc məbləği ƏDV daxil olmaqla 4300 manat təşkil edir. İcarə müqaviləsinin 4.1.2-ci bəndinə əsasən icarəçi tərəfindən icarə haqqının vaxtında və gecikdirilmədən ödənilməsini tələb etmək icarəyə verənin hüququdur. İcarə müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar LPO İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 12-5/2-S-8-4878/2025 saylı, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və icarə borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. 2023-cü ilin fevral ayından Cavabdeh icarə haqqı üzrə onlara ödəniş etmir. Məlumat üçün bildirir ki, onlar 2024-cü ilin aprel ayında obyekti təhvil almışdırlar. Qeyd edilənlərə əsasən iddiaçı şirkətin nümayəndəsi iddianın təmin edilməsini xahiş etmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq iddia tələblərini tam müdafiə etdiklərini bildirmiş və hazırkı mülki iş üzrə iddianın tam təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, o, iddiaçı LPO İddiaçı ASC-yə 4300 manat borcunun olmasını qəbul edir. Belə ki, 2023-cü ilin fevral ayından o, iddiaçı şirkət ilə aralarında bağlanmış icarə müqaviləsi üzrə subyektiv səbəblərdən ödəniş etmir. Avtomobillərə texniki xidmət göstərilməsi ilə bağlı iddiaçı şirkətə məxsus obyekti icarəyə götürmüş, lakin daha sonra obyekt bağlanmışdır. O, hazırda həmin obyekti işlətmir. 2024-cü ilin aprel ayında isə obyekti iddiaçı şirkətə təhvil vermişdir. Daha sonra Cavabdeh növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçı şirkətin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli, İC/066 saylı daşınmaz əmlaka dair icarə müqaviləsi və ona 1 saylı Əlavədən görünür ki, icarəyə verən İddiaçı ASC ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən icarəyə verən İddiaçı ASC tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m sahəni əhatə edən qeyri-yaşayış binası 1 il müddətinə icarəçi Cavabdeh icarəyə verilmiş, icarə haqqının hesablanması tarixi 05 sentyabr 2022-ci il tarixi hesab edilmiş və icarə müqaviləsinin 6.2ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam vermədikdə, hazırkı müqavilənin eyni şərtlərlə və eyni müddətə yenidən uzadılmış hesab edilməsi nəzərdə tutulmuş, həmçinin 05 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinə edilmiş 1 saylı Əlavəyə əsasən icarəçi Cavabdeh icarə müddəti ərzində aylıq əlavə dəyər vergisi daxil 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli, İC/066 saylı daşınmaz əmlaka dair icarə müqaviləsi və ona 1 saylı Əlavədən görünür ki, icarəyə verən İddiaçı ASC ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən icarəyə verən İddiaçı ASC tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m sahəni əhatə edən qeyri-yaşayış binası 1 il müddətinə icarəçi Cavabdeh icarəyə verilmiş, icarə haqqının hesablanması tarixi 05 sentyabr 2022-ci il tarixi hesab edilmiş və icarə müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam vermədikdə, hazırkı müqavilənin eyni şərtlərlə və eyni müddətə yenidən uzadılmış hesab edilməsi nəzərdə tutulmuş, həmçinin 05 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinə edilmiş 1 saylı Əlavəyə əsasən icarəçi Cavabdeh icarə müddəti ərzində aylıq əlavə dəyər vergisi daxil 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və icarə müqaviləsi üzrə 4300 manat borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 4300 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 676-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməsi, yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmaması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 692.2.1-ci maddəsinə əsasən kirayəyə verənin kirayə hüquq münasibətlərinə kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda xitam vermək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 98 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 05 sentyabr 2025-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 4300 manat borc və ödənilmiş 98 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-6213/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6213/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver