Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-625/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçı vəkil-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi iddia tələbinə dair mülki işə 28 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 496,8 manat, təbii qazdan istifadəyə görə 8,5 manat, 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 600,30 (altı yüz manat otuz qəpik) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkil-nümayəndəsi X2 eyni zamanda məhkəmənin elektron sisteminə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq göstərmişdir ki, təqdim edilmiş abonent Saldosuna əsasən, hazırki iddia ərizəsinin məhkəməyə daxil olduğu 10.11.2021-ci il tarixdən 28.02.2022-ci il tarixə qədər abonent təbii qazdan istifadə etmiş, lakin ümumiyyətlə istifadə etdiyi təbii qazın dəyərinə görə 1 manat belə ödəniş etməmişdir. Buna görə də iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Cavabdeh tərəfindən 2020-ci ildə 109.30 manat təbii qazdan istifadə edilmiş, lakin ödəniş edilməmişdir.2021-ci ildə 220.70 manat məbləğində təbii qazdan istifadə edilmiş, lakin, 1 manat belə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən 2022-ci ilin yanvar ayında 35.20 manat təbii qazdan istifadə edilmiş, lakin, dəyəri ödənilməmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-nə olan təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcu cəmi 365,28 manat, akt üzrə hesablanmış dəymiş ziyanın məbləği isə 496,80 manat təşkil edir. Ərizəyə əlavə olunmuş qeyddə bildirilir ki, iddia tələbinin həcminin artırıldığı nəzərə alınaraq, İddiaçı İB tərəfindən əlavə 15 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 496,8 manat, təbii qazdan istifadəyə görə 365,28 manat, 45 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.04.2020-ci il tarixli,04-1048 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavıləyə əsasən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40016209 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir.30.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 496,80 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 496,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. 2020-ci ilin aprel ayından 2020-ci ilin avqust ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 8,50 manat təşkil etmişdir. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 505,30 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkil-nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.04.2020-ci il tarixli, 14/1754 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan 01.11.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “PSG hüquq“ MMC tərəfindən “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 65 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 19.10.2021-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzində qeyd olunmuşdur ki, ödəyici İddiaçı tərəfindən dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki iş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 30.04.2020-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin.İtirilmiş qaz sərfiyyatı bu formada hesablanmışdır: 0.8x24x30=1728 m3, 5x24x30=3240m3, cəmi 4968 m3. Mülki iş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş, 30.04.2020-ci il tarixli, ******* nömrəli aktda görünür ki, istehlakçı Cavabdeh Polad oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ünvana baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Aktda dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Cavabdeh Polad oğlu həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli, Abonentin Saldosundan görünür ki, Cavabdeh (**********00010 abonent kodlu) yaşadığı ünvan 2 ünvanında ailə tərkibi 4 nəfərdir, Natek Enerji G-4 Mexanika tip, 40016209 № li, qaz sayğacı 28.04.2020-ci il tarixdə quraşdırılmışdır. Abnonetin cihazları qismində 4 gözlü qaz plitələri (PQ-4)(1/) qeyd edilmişdir. Abonentin 2020-ci il üzrə qaz sərfiyyatı 109,30 manat, 2021-ci il üçün 220,70 manat, 2022-ci il üçün 35,28 manat, cəmi 365,28 manat, qalıq və aktlara görə 496,80 manat hesablanmışdır. Mülki işin materiallarında olan 19.10.2021-ci il tarixli və 15.04.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar cəmi 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********00010) Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə etdiyi aşkar olunması ilə əlaqədar, yəni sayğacdan əvvəlki dövrlərə aid akt tərtib edilmişdir. Halbuki, sayğacdan əvvəlki dövr üçün həmin ünvanda təbii qazdan istifadə olunması hər hansı sübutla təsdiq olunmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 496,8 manat ziyan tələbi hissəsində əsassızdır əsassızdır və təmin edilməməlidir. İddia tələbinin debitor borcu hissəsində məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin məhkəməyə ünvanlandığı ərizədən və abonent saldosundan da göründüyü kimi cavabdehin 2020-ci il üzrə 109,30 manat, 2021-ci il üzrə 220,70 manat, 2022-ci il üzrə 35,28 manat, cəmi 365,28 manat debitor borcu vardır. Odur ki, iddia tələbi debitor borcu hissəsində təmin edilməli, 365,28 manat debitor borcu olaraq pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh 65 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçınə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçıya hüquqi xidmət göstərilməsi üçün 65 manat məbləğində vəkil xərci ödənilmişdir. İddia qismən təmin edildiyindən vəkil xərcinə görə 30 manat məbləğində pul cavadehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh təbii qazdan istifadəyə görə 365,28 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat, vəkil xərcinə görə 30 manat , cəmi 425,28 manat məbləğində pul tutularaq İddiaçıə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 365,28 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat, vəkil xərcinə görə 20 manat, cəmi məbləğində pul tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-625/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-625/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver