Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-638/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 05 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə Cavabdeh 7560 (yeddi min beş yüz altmış) manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə razılaşaraq mülkiyyətində olan DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilini aylıq ödəmə ilə lizinq vasitəsi ilə sonda cavabdehə sadə əlyazma müqavilə ilə razılaşaraq təhvil vermişdir. Cavabdehin sözügedən nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamə vermişdir. Bir müddətdən sonra məlum olmuşdur ki, cavabdeh sözügedən nəqliyyat vasitəsini idarə edərkən Mingəçevir şəhərində yolun qırağına ataraq tullayıb getmişdir. Cavabdeh ona etibarnamə ilə idarə etməyə verdiyi və lizinq vasitəsi ilə son ödəmədə satmaq niyyəti ilə razılaşdığını sözügedən daşınar əmlaka cəmi 9560 (doqquz min beş yüz altmış) manat ziyan vuraraq tam minik maşını kimi işlək vəziyyətindən çıxarmışdır. İddiaçı məhkəmənin elektron sisteminə ərizə ünvanlayaraq onuniştriakı olmadan iddiasına baxılaraq iddiasının tam həcmdə təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan etibarnamənin surətindən görünür ki, İddiaçı DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixinədək idarə etmək üçün Cavabdeh vermişdir. Mülki iş materiallarında olan “X1” tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 7115 manat təşkil edir. Mülki iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 9/872 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2008-ci il buraxılışlı “Daweoo Nexia” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq baş verən tarixə respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 7000,0 manat müəyyən edilir. Tədqiq edilən “Daweoo Nexia” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 30%-ni təşkil edir. Tədqiq edilən 2008-ci il buraxılışlı “Daweoo Nexia” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 4900,0 (7000,0 m - 30%) manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixinədək idarə etmək üçün Cavabdeh vermiş,cavabdeh nəqliyyat vasitəsini yararsız vəziyyətdə Mingəçevir şəhərində yol kənarına buraxmışdır.”X1” tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair akta əsasən DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 7115 manat təşkil edir.Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, 2008-ci il buraxılışlı “Daweoo Nexia” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq baş verən tarixə respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 7000,0 manat müəyyən edilir. Tədqiq edilən “Daweoo Nexia” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 30%-ni təşkil edir. Tədqiq edilən 2008-ci il buraxılışlı “Daweoo Nexia” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 4900,0 (7000,0 m - 30%) manat müəyyən edilmişdir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh avtomobilə dəymiş ziyanın məhkəmə ekspertizası rəyi ilə müəyyən edilmiş 4900 manat məbləği təkzib edən sübut olmadığından ekspert rəyi ilə müəyyən edilən məbləğ ziyan kimi qiymətləndirilməli və cavabdehdən vurulmuş ziyan olaraq 4900manat pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 95,60 manat məbləğində pul vəsaitinin 50 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan DAEWOO NEXİA minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 4900 (dörd min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumu üçün 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-638/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-638/2023
05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver