Məhkəmə qərarları › İş №e-2(012)-6417/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6417/2023

08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6417/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı pulun tutulması, tutmanın əmlaka yönəldilməsi və əmlakın hərracda satılaraq borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı pulun tutulması, tutmanın əmlaka yönəldilməsi və əmlakın hərracda satılaraq borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobilin kredit məbləği üçün ödədiyi 17882,22 manat və dövlət rüsumunun əvəzi kimi 144 manat pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi, tutmanın xüsusi müsadirə tətbiq edilmiş əmlaklara yönəldilməsi və əmlakların hərracdan satılmaqla həmin məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından nümayəndəsi Nümayəndə imzalamışdır. Lakin iddia ərizəsini imzalamaq səlahiyyəti barədə iddiaçı tərəfindən ona hər hansı etibarnamənin verilməsi iş materiallarından görünmür. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə müddəti bitmiş 7E-26677 reyestr saylı, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 102.2.1-ci, 102.6-cı, 102.8-ci və 102.9-cu maddələrinə uyğun olaraq zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil etməyi, o cümlədən ittihamın mahiyyətini bilməyi (öyrənməyi), istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etməyi, şəxsin adından izahlar verməyi, cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etməyi, etirazlar etməyi və vəsatətlər verməyi, bunları imzalamağı və aidiyyəti üzrə təqdim etməyi, cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirməyi və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etməyi, özünün, yaxud təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclası protokolları ilə tanış olmağı, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolundakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini verməyi, istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etməyi, ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmağı, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmağı, məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak etməyi, həmçinin təmsil etdiyi şəxsin iştirak edə biləcəyi bütün digər məhkəmə iclaslarında eyni əsaslarla iştirak etməyi, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi şəxsin əvəzinə müvafiq olaraq giriş sözü, nitq (replika) söyləməyi, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etməyi, cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirməyi, təmsil etdiyi şəxsin hüquqlarından istifadə edərək məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər haqqında, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirməyi, cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirməyi, cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etməyi, təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan qərarın qəbul edilməsi barədə cinayət prosesini həyata keçirən orqandan məlumat almağı, öz xahişinə əsasən göstərilən qərarların surətlərini əldə etməyi, CPM-də nəzərdə tutulmuş digər hüquqları həyata keçirməyi, şübhəli və ya təqsirləndirilən şəxslə barışmağın mümkünlüyü ilə bağlı təmsil etdiyi şəxsin mövqeyini öyrənməklə barışıq məsələsinə münasibət bildirməyi, zərər çəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etməyi, özünün nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etməyi, təmsil etdiyi şəxsin qanuni mənafeyinin müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlməyi, şəxsin bütün məhkəmələrdə təmsil edilməsi, şəxsin adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi, məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması), məhkəmə aktının məcburi icrası tələbləri, məhkəmə aktının icrası ilə bağlı müraciətlərin edilməsi, həmçinin şəxsin adından telefon (mobil), digər rabitə və elektron poçt ünvanları vasitəsilə üçüncü şəxslərlə əlaqə saxlanılması səlahiyyətlərini Nümayəndə etibar etmişdir. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 144 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 144 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı pulun tutulması, tutmanın əmlaka yönəldilməsi və əmlakın hərracda satılaraq borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-6417/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 144 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar