Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-642/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiаçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı Ləğv prosesində olan QSC «Bank Standart» KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2014-cü il tarixli 1xx/xx/121451/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 397.01 (üç yüz doxsan yeddi manat, 01 qəpik) manat məbləğində əsas borc, 328.43 (üç yüz iyirmi səkkiz manat, 43 qəpik) manat məbləğində faiz borcu, 704.20 (yeddi yüz dörd manat, 20 qəpik) manat məbləğində cərimə borcu, 133.98 (bir yüz otuz üç manat, 98 qəpik) manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 1563.62 (bir min beş yüz altmış üç manat, 62 qəpik) manat məbləğində pulun, 35.64 (otuz beş manat, 64 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin nümayəndəsi Nümayəndə prosessual hüquq varisliyi qaydasında cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onlar tərəfindən Cavabdeh qarşı 11 avqust 2014-cü il tarixli 1xx/xx/121451/14 saylı kredit müqaviləsi üzrə yaranmış borca görə cavabdehdən 397.01 (üç yüz doxsan yeddi manat, 01 qəpik) manat məbləğində əsas borc, 328.43 (üç yüz iyirmi səkkiz manat, 43 qəpik) manat məbləğində faiz borcu, 704.20 (yeddi yüz dörd manat, 20 qəpik) manat məbləğində cərimə borcu, 133.98 (bir yüz otuz üç manat, 98 qəpik) manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 1563.62 (bir min beş yüz altmış üç manat, 62 qəpik) manat məbləğində pulun, 35.64 (otuz beş manat, 64 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi zamanı aydın oldu ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hüquqi varisin müəyyən edilməsi ilə əlaqədar olaraq tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq Cavabdeh adına vərəsəlik işi açılmadığı bildirilmişdir. Tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Cavabdeh mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq Abşeron rayon Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış evinin mərhum Cavabdeh tam mülkiyyətində olduğu bildirilmişdir. Bu səbəbdən də tərəflərindən Cavabdeh mülkiyyətində olan Abşeron rayon Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış evində faktiki olaraq kimlərin “qeydiyyatda olmaqla yaşamalarına dair” 5 saylı MTİİTS abadlıq və kommunal xidmətləri idarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq mərhum Cavabdeh mülkiyyətində olan Abşeron rayon Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış evində; 1. Həyat yoldaşı - X3 1971-ci il təvəllüdlü, 2. Oğlu - X4 1994-cü il təvəllüdlü, 3. Oğlu - X5 1995-ci il təvəllüdlü, 4. Qızı - X2 2001-ci il təvəllüdlü qeydiyyatda olmaqla hal-hazırda yaşadıqları bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq yuxarıda adları çəkilən yaxın qohumları olan şəxslər mərhum Cavabdeh mirasına sahiblik etməklə əmlakı idarə etmələri mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiklərini nəzərə aldıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Odur ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB qeyd edilənləri nəzərə alaraq Cavabdeh mirasını faktiki qəbul etmiş həyat yoldaşı - X3, oğlu - X4, oğlu - X5, qızı - X1 məhkəməyə prosessual hüquq varisliyi qaydasında cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Elektron Məhkəmə” sistemindən e-2(012)-642/2023 saylı iş üzrə çıxarılmış şəxsi məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, yəni hələ hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilənədək vəfat etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, yəni iddia ərizəsi məhkəməyə verilənədək vəfat etdiyindən, onun vərəsələri isə vərəsəlik şəhadətnaməsi almadıqlarından, hazırkı halda məhkəmə prosesini davam etdirmək mümkün deyildir,Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalı, iddiaçıya cavabdehin vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0-cı və 259.0.12-ci maddələrinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-642/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-642/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver