Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6538/2025 21.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 101804-504800/3 nömrəli kredit müqaviləsi üzrə 7061,72 manat məbləğində əsas bоrc və 406,26 manat faiz borcu оlmaqla, cəmi 7467,98 manat, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 101804- 504800/4 nömrəli kredit müqaviləsi üzrə 2107,85 manat məbləğində əsas bоrc və 109,33 manat faiz borcu оlmaqla, cəmi 2217,18 manat borcun və ödənilmiş 116,86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 07 iyun 2024 il tariхli, 101804-504800/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 10000 manat, 03 fevral 2025 il tariхli, 101804-504800/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20.9% dərəcəsi ilə 2300 manat məbləğində krеdit vеrilmişdir Еyni zamanda, bank və digər Cavabdeh1 arasında 07 iyun 2024 il tariхli, 101804-504800/3 nömrəli və Cavabdeh2 arasında 03 fevral 2025 il tariхli, 101804- 504800/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh1 bank qarşısında (bоrcalan tərəfindən 07 iyun 2024 il tariхli, 101804- 504800/3 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) və Cavabdeh2 (bоrcalan tərəfindən 03 fevral 2025 il tariхli, 101804-504800/4 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. 04 noyabr 2025cü il tarixinə cavabdehin 101804-504800/3 nömrəli kredit müqaviləsi üzrə 7061.72 manat məbləğində əsas bоrcu və 406,26 manat faiz borcu оlmaqla, cəmi 7467,98 manat, 101804-504800/4 nömrəli kredit müqaviləsi üzrə 2107,85 manat məbləğində əsas bоrcu və 109,33 manat faiz borcu оlmaqla,cəmi 2217,18 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3, həmçinin iştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı tam şəkildə qəbul edərək bu barədə məhkəməyə ərizə təqdim etdilər və bildirdilər ki, iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 iyun 2024-cü il tariхli, 101804-504800/3 saylı istehlak kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 17.5% hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 fevral 2025-ci il tariхli, 101804-504800/4 saylı istehlak kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 20.9 % hesablanması şərti ilə 48 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh3 Bankla bağlanmış 03 fevral 2025-ci il tarixli 101804-504800/4 nömrəli Kredit müqaviləsinə əsasən 20.9 faiz dərəcəsilə,48 ay müddətinə 2300 manat məbləğində kredit götürmüşdür. xx.xx.2025-ci il tarixinə xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən 2107,85 manat əsas borc və 109,33 manat faiz borcu olmaqla cəmi 2217,18 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh3 Bankla bağlanmış 07 iyun 2024-cü il tarixli 101804-504800/3 nömrəli Kredit müqaviləsinə əsasən 17.5 faiz dərəcəsilə,36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 7061,72 manat əsas borc və 406,26 manat faiz borcu olmaqla cəmi 7467,98 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 07 iyun 2024-cü il tariхli, 101804-504800/3 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-yə həmin tarixə 7061,72 manat əsas borc, 218,84 manat faiz borcu, cəmi 7280,56 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 07 iyun 2024-cü il tariхli, 101804-504800/4 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-yə həmin tarixə 2107,85 manat əsas borc, 44,08 manat faiz borcu, cəmi 2151,93 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən, həmçinin zaminlik müqavilələri qüvvədə olduğundan, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 07 iyun 2024-cü il tariхli kredit müqaviləsinə əsasən 7061,72 manat əsas borc, 218,84 manat faiz borcu olmaqla, cəmi 7280,56 manat və Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 03 fevral 2025-ci il tarixli kredit müqaviləsinə əsasən 2107,85 manat əsas borc, 44,08 manat faiz borcu olmaqla, cəmi 2151,93 manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 116,86 manat dövlət rüsumunun əvəzi Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 07 iyun 2024-cü il tariхli kredit müqaviləsinə əsasən 7061,72 manat əsas borc, 218,84 manat faiz borcu olmaqla, cəmi 7280,56 manat və Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 03 fevral 2025-ci il tarixli kredit müqaviləsinə əsasən 2107,85 manat əsas borc, 44,08 manat faiz borcu olmaqla, cəmi 2151,93 manat pul, həmçinin Cavabdeh3 116,86 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-6538/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6538/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver