Məhkəmə qərarları › İş №e-2(012)-656/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-656/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-656/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtərəfindən İddiaçı İB-yə vurulmuş4936,22 manat (dörd min doqquz yüz otuz altı manat 22 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 774,80 (yeddi yüz yetmiş dörd manat 80 qəpik) manat və 77,12 (yetmiş yeddi manat 12 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5788,14 (beş min yeddi yüz səksən səkkiz manat 14 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 14/0799 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03088 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 878,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 3006,72 manat; cəmi 4950,12 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 863,40 manat zərərdən 13,90 manat ödəniş etmişdir. Belə ki, cavabdehin 4936,22 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 62,60 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 245,60 manat sərfiyyat borcu və limitdən əlavə 11,80 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 298,76 manat sərfiyyat borcu və limitdən əlavə 8,24 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 146,28 manat sərfiyyat borcu və limitdən əlavə 1,52 manat sərfiyyat borcu, cəmi 774,80 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 774,80 (yeddi yüz yetmiş dörd manat 80 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 711,02 (beş min yeddi yüz on bir manat 02 qəpik) manat təşkil etməkdədir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı İB-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən Cavabdeh yaşadığı ünvana yenidən baxış keçirilmiş və baxış zamanı akt tərtib edilmişdir. Məlum olmuşdur ki, AGİS proqramından abonentin adına yazılmış kənar xətt və fotoşəkil ona aid deyil həmin fotoşəkil tam başqa ünvana aiddir. O, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini akt əsasında dəymiş zərərin qaytarılması hissəsində qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı tərəfindən ona tərtib edilmiş aktlar qanunsuz və əsassızdır, çünki onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Sayğac üzrə debitor borcunu etiraf edir. O, məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli 14/0799 saylı müqavilədən görünür ki, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********03088 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilən “Təbii X2nın pozulması” haqqında xx.xx.2018-ci il tarixli ******* №-li, xx.xx.2018-ci il tarixli, ******* №-li, xx.xx.2018ci il tarixli, ******* №-li və xx.xx.2022-ci il tarixli.0368581 №-li aktlardan görünür ki, Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, sayğacdan kənar qaz xətti aşkarlanmışdır. Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli ******* №-li nömrəli akta əsasən cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi əsası ilə hesablanmış zərərin miqdarı 4317 kub-metrdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli ******* №-li nömrəli akta əsasən cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi əsası ilə hesablanmış zərərin miqdarı 1008 kub-metrdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli ******* №-li nömrəli akta əsasən cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi əsası ilə hesablanmış zərərin miqdarı 4392 kub-metrdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* №-li nömrəli akta əsasən cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi əsası ilə hesablanmış zərərin miqdarı 25056 kub-metrdir. İş materiallarında olan Cavabdeh məxsus abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********03088) cəmi 5711,02 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İnvertar aktının surətindən görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, AGİS proqramından abonentin adına yazılmış kənar xətt və fotoşəkil ona aid olmadığı, həmin fotoşəkil tam başqa ünvana aid olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən,qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddia tələbindən göründüyü kimi, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2018-ci il tarixli ******* №-li, xx.xx.2018-ci il tarixli, ******* №-li, xx.xx.2018ci il tarixli, ******* №-li və xx.xx.2022-ci il tarixli.0368581 №-li aktlar tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin aktlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş aktlar tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, sözügedən aktların tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, qeyd edilən aktlarda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də İddiaçı İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* №-li, xx.xx.2018-ci il tarixli, ******* №-li, xx.xx.2018-ci il tarixli, ******* №-li və xx.xx.2022-ci il tarixli.0368581 №-li aktlar qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Həmçinin iddiaçının nümayəndələri tərəfindən məhkəmə gedişatı zamanı yenidən tərtib edilmiş aktdan (xx.xx.2024-cü il tarixli İnvertar aktı) görünür ki, cavabdehin qeyd edilən kənar xətlə əlaqəsi yoxdur. İddia ərizəsinə sübut kimi əlavə edilmiş fotoşəkillər tam başqa ünvana aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, abonent barəsində tərtib olunmaqla cərimə hesablanması ilə nəticələnmiş abonent saldosundan göründüyü kimi, abonent barəsində 4936,22 manat cərimə hesablanmışdır. Başqa sözlə, abonent tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulduğunu iddia edən iddiaçının iddia tələbi ilə iddia tələbinin əsasını təşkil edən hallar və faktlar ziddiyyət təşkil edir və həmin halları sübuta yetirən sənədlər isə iddia tələbini inkar edir. Bununla bağlı sübutetmə yükü daşıyan İddiaçı İB-nin nümayəndəsi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən aktlar əsasında cavabdehdən pul tələb edilməsi qanunsuzdur və bu aktlar işin həqiqi hallarını əks etdirmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisə üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin verdiyi ərizə öz-özlüyündə heç bir hüquqi əhəmiyyət daşımır. Belə ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçı cavabdehdən 2020-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövr üçün debitor borcun tutulması üzrə iddia müddəti keçmədiyindən, abonent tərəfindən istehlak edilmiş təbii qazın dəyərini ödəməsi tərəflər arasında bağlanmış müqavilə üzrə onun vəzifəsi olduğundan və iş üzrə mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, 774,80 manat debitor borcunun ödənilməsi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77,12 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77,12 manat dövlət rüsumunun 47,12 manatı iddiaçının özünə aid edilməli, 30 manatı isə Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan debitor borcuna görə 774,80 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 47,12 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar