Məhkəmə qərarları › İş №e-2(012)-670/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-670/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-670/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Hilal adlı dostu vardır. Həmin Hilal adlı şəxsə 15000 manat pul lazım olduğu üçün Cavabdeh ona müraciət etmişdir. O, cavabdehə 15000 manat pulun olmadığını və kömək edə bilməyəcəyini bildirmişdir. Sonradan Rəmiş X1 müraciət etmişdir. O da Rəmişlə razılaşmış və demişdir ki, 15000 manat borc pul verir, işini həll edib qaytarar. Bu səbəbdən o, Raufdan xahiş etmişdir ki, 15000 manat pulu Cavabdeh versin, bu barədə cavabdehliyi o daşıyacaqdır. Bu hala Cavabdeh da şahid olmuş, o, pulu Raufdan alıb Rəmişə vermişdir. Cavabdeh ona demişdir ki, Hilaldan narahat olmasın, o, dəqiq adamdır, pulu qaytaracaqdır. Bir müddət keçdikdən sonra Rəmiş ona demişdir ki, Hilal 15000 manatdan 10000 manatı qaytarıb, pul da ondadırr. Cavabdeh ondan xahiş etmişdir ki, 10000 manat özündə qalsın, işlərini görüb ona qaytaracaq. Bir müddət sonra Rəmiş zəng edərək demişdir ki, Hilal yerdə qalan 5000 manatı vermək istəyir. O da bildirmişdir ki, burada yoxdur, pulu versin Raufa. Hilalın qardaşı Raufla görüşərək 5000 manatı Raufa vermiş və bildirmişdir ki, qardaşı Hilalın onlara borcu yoxdur, 10000 manat isə Rəmişdədir. Rauf bildirmişdir ki, Azad Rəmişlə danışıb, Rəmiş də təsdiq edib ki, 10000 manat ondadır və qaytaracaqdır. Lakin bundan sonra Cavabdeh heç bir ödəniş etməmişdir. Bu barədə “whatsapp” yazışması vardır və işin bu halları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2215/2024 saylı qətnaməsində də öz təsdiqini tapır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı ərizələrdən görünür ki, o, iddianı qəbul etmir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2215/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X4 qarşı pul tələbinə dair ilkin iddia tələbi və X3 Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan (borc münasibətlərinə müxtəlif şəxslər qoşulmuşdur) 15000 manat borc almış, lakin borcunu tam qaytarmamış, hazırda onun 10000 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddianın əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsində 2(060)-2215/2024 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı (Cavabdeh izahatından, habelə “whatsapp” yazışmalarından) müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 15000 manat borc pul almış, həmin pulu Tural adlı şəxsə vermiş, Tural adlı şəxs əvvəlcə həmin pulun 10000 manatını Cavabdeh qaytarmış, lakin Cavabdeh həmin pulu İddiaçı qaytarmamışdır. Sonradan Tural adlı şəxs qalan - 5000 manat borcu Cavabdeh atasının göstərişi ilə X4 qaytarmışdır. Şərh olunan bu hallar işin mübahisəsiz və faktiki hallarıdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə borc verilmiş və ödənilməmiş 10000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, qanunla nəzərdə tutulmuş müqavilə olmadan borc verilmiş məbləğlərlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsi olmasa da, bu mübahisəyə Mülki Məcəllənin əsassız varlanma institutu (maddə 1092) tətbiq edilsə belə, iddianın əsaslı olması şübhə doğurmur. Beləliklə, borcun verilməsi və həmin borcdan 10000 manatın qaytarılmaması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, 10000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 120 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat və dövlət rüsumu üçün ödənilmiş 120 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar