Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-672/2025 09.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2460 manat məbləğində pulun və ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən keçmiş Şərq bazarı yaxınlığında tikinti materiallarının satışı ilə məşğul olur. Cavabdeh 2019-cu ildə ondan müxtəlif tarixlərdə olmaqla, ümumilikdə, 2460 manat dəyərində müxtəlif məhsullar götürərək pulunu hissə-hissə ödəyəcəyinə söz vermişdir və bu barədə qaimələr də mövcuddur. Lakin buna baxmayaraq, Cavabdeh həmin məbləğdən, 1 manat da olsun, ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən pul ödənilməsi tələb olunsa da cavabdeh hər dəfə bir bəhanə gətirməklə aldığı tikinti materiallarının pulunu ödəməkdən yayınmışdır. Cavabdehin bu qədər müddət ərzində heç bir pul vəsaiti ödəməməsi dəlalət edir ki, cavabdehin pulu ödəmək niyyəti yoxdur. Bildirir ki, Cavabdeh məhkəmə işçisi olduğunu bildirirək onu hədələmişdir. Bu səbəbdən o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, hazırki mərhələdə cavabdehdən ödəmənin gecikməsinə görə əlavə faizlər tələb olunmur. Bu həm də tərəflərindən cavabdehə təklifdir ki, məhkəmə dövründə borcunu ödəsin. Əgər cavabdeh məhkəmə dövründə borcunu ödəməzsə, tərəflərindən iddia ərizəsinə əlavə olunaraq faizlərin tutulması da tələb ediləcəkdir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, hazırki işin ona heç bir aidiyyəti yoxdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsində işlədiyi zaman ona bir sıra tikinti materialları almaq ilə bağlı tapşırıq verilmişdir. O, İddiaçı götürdüyü malların qiymətini iddiaçıya ödəmişdir, buna baxmayaraq İddiaçı yenə də ondan vaxtilə aldığı mallara görə pul ödəməsini tələb edir. Daha sonra Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasının cari təmiri üçün 2012-ci il, 2013-cü il, 2014-cü il, 2015-ci il, 2016-cı illərdə tikinti materialları almışlar. Aldıqları tikinti materialları satıcının təqdim etdiyi qaiməfakturalara əsasən tərəflərindən imzalanıb təsdiq olunduqdan sonra tikinti materiallarının dəyəri satıcıya ödənilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi illərdə onlar iddiaçı ilə heç bir alış etməmişlər. İddiaçının iddia ərizəsində tikinti materiallarının məhz onlar tərəfindən alınmasının sübutu üçün təqdim etdiyi imzasız təsdiq olunmamış qaimə-fakturaların saxta olmaları, bu iddianın onlara aid olmadığını sübuta yetirir. Mülki Məcəllənin 986-17-ci maddəsinə əsasən qəbz və ya saxta çekin ödənişi ilə əlaqədar zərəri ödəyici çəkir, bu şərtlə ki, çekdə göstərilən çek verən təqsirli olmasın, məsələn, ona tapşırılmış çek blanklarını etinasız saxlamış olmasın. Hesab edir ki, qaldırılan iddia ilə əlaqədar heç bir dəlil, mötəbər sübut olmadığından iddia əsassız və qanunsuzdur. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin birmənalı olaraq rədd edilməsini, həmçinin xəstəliyi ilə əlaqədar olaraq prosesdə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisə ilə bağlı münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci, 587-ci və 600-cü maddələrində öz əksini tapmış,lakin məhkəmədə sübutların tədqiqatı zamanı işin faktiki hallarının iddia tələbinin hüquqi əsasını təşkil edən normaların dispozisiya şərtlərinə uyğun gəlməsi ilə bağlı mötəbər sübutlar müəyyən edilmir. Belə ki, İddiaçı iş materiallarına əlavə etdiyi xx.xx.2017-ci il tarixli, 1 nömrəli, xx.xx.2017-ci il tarixli, 5 nömrəli, xx.xx.2017-ci il tarixli, 2 nömrəli, xx.xx.2017-ci il tarixli, 3 nömrəli və xx.xx.2017-ci il tarixli, 4 nömrəli qaimə-fakturalara istinad edərək Cavabdeh pul tələb etmiş, lakin sözügedən qaimə-fakturalar tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, 1 nömrəli, xx.xx.2017-ci il tarixli, 5 nömrəli, xx.xx.2017-ci il tarixli, 2 nömrəli, xx.xx.2017-ci il tarixli, 3 nömrəli və xx.xx.2017-ci il tarixli, 4 nömrəli qaimə-fakturalarda göstərilən tikinti materiallarının kim tərəfindən və kimə satıldığı qeyd edilməmiş, ən əsası isə qaimə-fakturalar hazırki iş üzrə İddiaçı və Cavabdeh tərəfindən imzalanmamış, qaimə-fakturalarda imza yeri boş saxlanılmış və İddiaçı məhkəməyə istinad etdiyi qaimə-fakturalarda göstərilən tikinti materiallarının verilməsi barədə hər hansı bir mötəbər sübuta istinad etməmiş, halbuki AR MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi daşımışdır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 2460 manat məbləğində pulun və ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə iddiası rədd edilsin. İddiaçı ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-672/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-672/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver