Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-673/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülvyyə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2665 manat məbləğində pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 47 manat dövlət rüsumunu və hüquqi yardım üçün ödədiyi 300 manat pulun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasına onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh əvvələr tanımışdır. Belə ki, iddiaçı trikotaj malların, mebel və s. əşyaların alveri ilə məşğul olmuşdur. Cavabdeh qazanc məqsədilə ondan nisyə olaraq 2021-2022-ci illərdə 1570 manat trikotaj malları götürüb, sataraq aldığı malların pullarını az-az qaytarırdı. Aldığı trikotaj mallara görə cavabdeh iddiaçıya 220 manat pul ödəmişdir. Hazırda cavabdehin həmin mallara görə 1350 manat borcu qalmışdır. Həmçinin cavabdeh anası Təzəgül Qasımovaya görə iddiaçıdan dəyəri 315 manat olan trikotaj malları və 1350 manat olan mətbəx mebelini nisyə olaraq almışdır. İddiaçı Cavabdeh mətbəx mebelini nisyə vermək istəməmişdir. Cavabdehə bildirmişdir ki, cavabdehin iddiaçıya borcu çoxdur. Bunun qarşılığında Cavabdeh özünə məxsus olan ödəniş bank kartinı iddiaçıya verərək, hər ay ondan istifadə etməyini təklif etmişdir. Bir müddət sonra Cavabdeh özünün ödəniş kartinın bağlanmasını bildirərək, kartı iddiaçıdan götürmüş və anası Təzəgül Qasımovaya məxsus "xxxx" ASCnin ödəniş kartinı isə əvəzində vermişdir. Hal-hazırda həmin kart iddiaçıdadır. Lakin həmin karta hər hansı vəsait köçürülmədiyindən, iddiaçı kartdan istifadə edə bilmir. Sonradan məlum olmuşdur ki, Cavabdeh iddiaçını aldadır. Cavabdeh dəyəri 315 manat olan trikotaj mallara görə iddiaçıya 50 manat və 1350 manat olan mətbəx mebelinə görə isə cəmi 300 ( 200+100) manat ödəniş etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 2665 manat borcu var. Hər dəfə borcunu qaytarması üçün müraciət etdikdə cavabdeh müxtəlif bahanələr gətirərək iddiaçıya olan borcunu ödəməkdən yayınır. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, cavabdeh öz xətti ilə yazaraq iddiaçıya 2665 manat məbləğində borcu olduğunu etiraf etmiş və hər ay 50 manat ödəməsi ilə bağlı öhdəlik götürmüşdür. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş əlyazmadan görünür ki, onun İddiaçı borcu 2665 manatdır və o, İddiaçı olan borcunu hər ay 50 manat olmaqla ödəyəcəyinə söz vermişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Yat-6a, Sülh küçəsi, 76, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı trikotaj malların, mebel və s. əşyaların alveri ilə məşğul olmuşdur. Cavabdeh qazanc məqsədilə ondan nisyə olaraq trikotaj malları götürüb, sataraq aldığı malların pullarını az-az qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan trikotaj mallar və mətbəx mebelini nisyə olaraq almış, lakin ödəniş etməmişdir. Cavabdehin iddiaçıya ümumilikdə 2665 manat məbləğində borcu yaranmışdır və cavabdeh hələ də borcunu iddiaçıya qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 2665 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq qeyd edir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş əlyazmadan görünüyü kimi onun İddiaçı borcu 2665 manatdır və o, İddiaçı olan borcunu hər ay 50 manat olmaqla ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, 2665 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin: 121.1. maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 122.1. maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. 122.3. maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. İddiaçının hazırki işlə əlaqədar hüquqi yardıma görə vəkilə 300 manat məbləğində pul ödəməsi iş materialları ilə öz əksini tapdığından, məhkəmə hesab edir ki, 300 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2665 (iki min altı yüz altmış beş) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və 47 (qırx yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-673/2025
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-673/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver