Məhkəmə qərarları › İş №e-2(012)-682/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-682/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-682/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunu katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su basma hadisəsi nəticəsində verilmiş sığorta ödənişi olan 2494,28 manat məbləği və 45,35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2539,63 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" ASC-də “Daşınmaz Əmlakın İcbari Sığortası” növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Xırdalan şəhəri, H.Əliyev prospekti 240, ev 485, 39 saylı mənzilə xx.xx.2023-cü il tarixində su sızma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı "xxxx" MTK-nın komendantlığı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən su sızma hadisəsinin baş verməsinə səbəb kimi yan qonşu Cavabdeh mülkiyyətində olan 38 saylı mənzildə quraşdırılmış kombi istilik sistemindən 39 saylı mənzilə su sızdığı göstərilmişdir. Beləliklə, yuxarıda göstərilmiş Cavabdeh mülkiyyətində olan H.Əliyev prospekti 240, ev 485 ünvanında yerləşən 38 saylı mənzildən su axması nəticəsində ona məxsus mənzilin döşəməsinə, divar kağızlarına və digər obyektlərinə ümumilikdə 2646 manat məbləğində zərər dəymiş və İƏ 002/24 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 2494,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı təşkilatın nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə X1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın komendantlığı tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Absheron City yaşayış kompleksinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 240, bina-485 ünvanında yerləşən X1 mülkiyyətində olan, ona məxsus 39 saylı mənzilə baxış keçirən zaman həmin mənzilə yan qonşu olan 38 saylı (mülkiyyətçi – Cavabdeh) mənzildən su sızması nəticəsində ziyan dəydiyi müəyyən edilmiş, bu faktı "xxxx" MTK-nın komendantı X4 və mülkiyyətçi X3 öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan müstəqil ekspert X8 tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən əmlaka 2646 manat maddi zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, İƏ 002/24 nömrəli daşınmaz əmlakın icbari sığortasına dair sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC-də “Daşınmaz Əmlakın İcbari Sığortası” növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Xırdalan şəhəri, H.Əliyev prospekti 240, ev 485, 39 saylı mənzilə xx.xx.2023-cü il tarixində su sızma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Vurulan zərərin məbləği 2646 manat təşkil edir. "xxxx" ASC tərəfindən 2494,28 manat məbləğində sığorta ödənişi köçürmə yolu ilə X1 hesabına ödənilmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 936.1-ci, 936.2-ci, 936.3-cü, 936.5-ci, 1096.1-ci, 1097.1-ci, 1114.1-ci maddələri, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.6-cı maddəsi təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" ASC-də “Daşınmaz Əmlakın İcbari Sığortası” növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Xırdalan şəhəri, H.Əliyev prospekti 240, ev 485, 39 saylı mənzilə xx.xx.2023-cü il tarixində su sızma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı "xxxx" MTK-nın komendantlığı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən su sızma hadisəsinin baş verməsinə səbəb kimi yan qonşu Cavabdeh mülkiyyətində olan 38 saylı mənzildə quraşdırılmış kombi istilik sistemindən 39 saylı mənzilə su sızdığı göstərilmişdir. Beləliklə, Cavabdeh mülkiyyətində olan H.Əliyev prospekti 240, ev 485 ünvanında yerləşən 38 saylı mənzildən su axması nəticəsində X2 məxsus mənzilin döşəməsinə, divar kağızlarına və digər obyektlərinə ümumilikdə 2646 manat məbləğində zərər dəymiş və İƏ 002/24 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 2494,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh 2494,28 manat məbləğində verilmiş sığorta ödənişi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən dövlət büdcəsinə ödənilmiş 45,35 manat dövlət rüsumu cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh su basma hadisəsi nəticəsində 2494,28 manat məbləğində verilmiş sığorta ödənişi və 45,35 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2539,63 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar