Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-683/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023cü il tarixli FN-06-00/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş əsas borca görə 9775,66 manat, faiz borcuna görə 279,85 manat, cərimə borcuna görə 189,28 manat olmaqla, cəmi 10244,79 manat borcun və ödənilmiş dövlət rüsumuna və bank xidmətinə görə 121,40 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli FN-06-00/23A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə qaytarmaqla illik 19 % ödəmək şərtilə 14000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borclunun kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 9775,66 manat, faiz borcuna görə 279,85 manat, cərimə borcuna görə 189,28 manat olmaqla, cəmi 10244,79 manat borcu vardır. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında gecikmələri yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə Mülki Prоsеssuаl Məcəllənin 185.5-ci mаddəsinə əsаsən işə cavabdehin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Borcverən Bank "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli FN-06-00/23A saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən 14000 manat krediti illik 19 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən istehlak məqsədilə istifadə etməyi və onu xx.xx.2026-cı il tarixədək faizi ilə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - Bank "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli FN-06-00/23A saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər olan dövr ərzində 14000 manat kredit borcunu hər ay 513,19 manat (bəzi aylar 513,18 manat) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Bank "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/3687 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli FN-06-00/23A saylı kredit müqaviləsi üzrə əsas borca görə 9775,66 manat, faiz borcuna görə 279,85 manat, cərimə borcuna görə 189,28 manat olmaqla, cəmi 10244,79 manat borcu vardır. - Bank "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc qısa müddət ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli FN-06- 00/23A saylı müqavilə üzrə hesablanmış 189,28 manat dəbbənin məbləği azaldılmalı və 4,49 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2023-cü il tarixli FN-06-00/23A saylı müqaviləyə əsasən əsas borca görə 9775,66 manat, faiz borcuna görə 279,85 manat, cərimə borcuna görə 4,49 manat olmaqla, cəmi 10060 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş cəmi 121,40 manat pul Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9775,66 manat, faiz borcuna görə 279,85 manat, cərimə borcuna görə 4,49 manat olmaqla, cəmi 10060 manat borc və ödənilmiş dövlət rüsumuna görə 121,40 manat pul Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-683/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-683/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver