Məhkəmə qərarları › İş №e-2(012)-688/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-688/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-688/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) qəbul etdikləri pay həcmində iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2121,43 manat əsas borc olmaqla, cəmi 2121,43 manat, tam kart müqaviləsi üzrə isə 425,84 manat əsas borc, 112,4 manat faiz borcu olmaqla, cəmi 538,24 manat, ümumilikdə 2659,67 manat məbləğində kredit borcunun, 46,60 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 24 faiz ilə, 48 ay müddətinə 2770 manat nağd kredit verilmişdir. Həmçinin "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********50 saylı tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 600 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kreditlərin məbləğini və ona hesablanan faizləri ödəməlidir. 089221 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər 15 saylı notariat ofisi tərəfindən verilmiş 964 nömrəli məktubdan görünür ki, Cavabdeh2b qızının, Cavabdeh3 və Cavabdeh1 adlarına Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2024-cü il tarixədək kredit üzrə banka borcu 2121,43 manat əsas borc olmaqla, cəmi 2121,43 manat təşkil edir. Filal tərəfindən verilmiş digər maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2024-cü il tarixədək tam kart üzrə banka borcu 425,84 manat əsas borc, 112,4 manat faiz borcu olmaqla, cəmi 538,24 manat təşkil edir. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-34117/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Daha sonra iddiaçı şirkətin nümayəndəsi növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam həcmdə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun həyat yoldaşı - mərhum X2 iddiaçı şirkətə borcu barədə onların məlumatı olmamış və bank tərəfindən borcun ödənilməsi ilə bağlı onlara müraciət edilməmişdir. Əgər yaranmış borc barədə onlara bildirilsə idi, onlar indiyədək borcu ödəyərdilər. Həyat yoldaşından onlara miras olaraq torpaq sahəsi qalmışdır. Oğlu Cavabdeh3 2-ci qrup əlildir və bu yaxınlarda 18 yaşı tamam olmuşdur. O, yarımştat olaraq işləyir və 220 manat əmək haqqı alır, həmçinin ona ailə başçısının itirilməsinə görə 120 manat məbləğində müavinət verilir. Lakin onun büdcəsi əvvəlki dövrə nəzərən azalmışdır, oğlu üçün müəyyən olunan müavinətin verilməsi isə artıq dayandırılmışdır. Göstərilənlərə əsasən o, borc məbləğinin mümkün qədər azaldılmasını xahiş etdi. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli tam kart çərçivə müqaviləsindən və kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən bank tərəfindən X3 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, xx.xx.2019-cu il tarixli, BPM**********50 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən X3 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 600 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, X2 15 oktyabr 2024-cü il tarixinədək nağd kredit üzrə banka ödənilməmiş qalan 2121,43 manat əsas borc olmaqla, cəmi 2121,43 manat, xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli tam kart çərçivə müqaviləsi üzrə banka ödənilməmiş qalan 425,84 manat əsas borc, 112,4 manat faiz borcu olmaqla, cəmi 538,24 manat, ümumilikdə 2659,67 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 089221 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş 01 sentyabr 2024-cü il tarixli, 964 nömrəli cavab məktubundan görünür ki, mərhum X2 vəfatı ilə əlaqədar Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və ünvan 1 ünvanında qeydiyyatda olanlar: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanun üzrə vərəsə kimi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə onlara Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 739.1-ci, 1133.1-ci, 1151.1-ci və 1306.1-ci maddələri təşkil edir. İşin faktiki hallarından göründüyü kimi "xxxx" ASC ilə borclu-mərhum X4 arasında xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli tam kart çərçivə müqaviləsi və xx.xx.2019-cu il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş 01 sentyabr 2024-cü il tarixli, 964 nömrəli cavab məktubundan göründüyü kimi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyənləşdirilərək ünvan 1 ünvanında qeydiyyatda olanlar: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanun üzrə vərəsə kimi qeydiyyata alınmış və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli tam kart çərçivə müqaviləsi və xx.xx.2019-cu il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma üzrə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vərəsələr olaraq "xxxx" ASC qarşısında öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli tam kart çərçivə müqaviləsi və xx.xx.2019-cu il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 hələ yetkinlik yaşına çatmadığından borc məbləği ona münasibətdə onun qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə qəbul edilmiş pay həcmində iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 46,60 manat və 0,40 manat xidmət haqqı cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) qəbul etdikləri pay həcmində iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2121,43 manat əsas borc olmaqla, cəmi 2121,43 manat, tam kart müqaviləsi üzrə isə 425,84 manat əsas borc, 112,4 manat faiz borcu olmaqla, cəmi 538,24 manat, ümumilikdə 2659,67 manat borc, ödənilmiş 46,60 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar