Məhkəmə qərarları › İş №e-2(012)-740/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-740/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-740/2025 09.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü Mikayıl-X2 saxlanması üçün hər ay sabit məbləğdə 235 manat miqdarında alimentin cavabdeh Mikayılzadə Əli-Əkbər Əli-Əsgər oğlundan tutularaq X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Əli-Əkbər Əli-Əsgər oğlu ilə 08 yanvar 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Mikayıl-X6 adlı uşaq dünyaya gəlmişdir. Lakin iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olandan sonra xasiyyətləri uyğun gəlməmiş və həmin səbəbdən də aralarında tez-tez mübahisələr olmuşdur. Bu səbəbdən iddiaçı X1 Əli-Əkbər Əli-Əsgər oğluna qarşı nikahın pozulması tələbinə dair iddiа ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə mürаciət еtmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X7 ilə Mikayılzadə Əli-Əkbər Əli-Əsgər oğlu arasında 08 yanvar 2017-ci ildə 52 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü Mikayıl-Zadə Əli-Əsgər Əli-Əkbər oğlu yetkinlik yaşına çatana qədər anasının himayəsində saxlanılması və xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh Mikayıl-X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasına baxmayaraq, cavabdeh 100 manat aliment ödəyir. Bu səbəbdən, alimentin artırılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı X7 nümayəndəsi-vəkili vasitəsilə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında işsiz olduğunu bildirərək, iddia tələbini qismən qəbul etdi. O qeyd etdi ki, hər ay maksimum 150 manat aliment ödəyə bilər. Qarşı tərəf artıq nikaha girmişdir və alimentə ehtiyacı yoxdur. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, X7 ilə Mikayılzadə Əli-Əkbər Əli-Əsgər oğlu arasında 08 yanvar 2017-ci ildə 52 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü Mikayıl-Zadə Əli-Əsgər Əli- Əkbər oğlu yetkinlik yaşına çatana qədər anasının himayəsində saxlanılması və xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh Mikayıl-X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Hazırda bu məbləğ 246 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Əliəsgər adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Əli-Əsgər adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü Mikayıl-X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Belə ki, aylıq tutulmalı olan alimentin birdən-birə 135 manat məbləğində artırılması cavabdehin mənafeyinə zidd olardı. Bu nəticəyə gələrkən məhkəmə, daha əvvəlki məhkəmə aktı ilə ölkə minimumundan da aşağı məbləğdə alimentin miqdarı ilə iddiaçının razılaşdığını da nəzərə alır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü Mikayıl-X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar