Məhkəmə qərarları › İş №e-2(012)-743/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-743/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-743/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 3M-188 reyestr nömrəli borc müqaviləsinə əsasən yaranmış bu gün üçün 2500 manat əsas, 48,60 manat əldən çıxmış fayda borcu, cəmi 2548,60 manat borcun və ödənilmiş 46 (qırx altı manat) manat məbləğində dövlət rüsumunun Cavabdeh2, xx.xx.2024-cü il tarixli, 3M-212 reyestr nömrəli borc müqaviləsinə əsasən yaranmış 3000 manat əsas, 95,50 manat əldən çıxmış fayda borcu, cəmi 3095,50 manat borcun və ödənilmiş 51 (əlli bir manat) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və 300 manat məbləğində vəkil xərcinin hər iki cavabdehdən birlikdə tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında birinci tərəfdən ikinciyə 10.000 (on min manat) manat borc verilməsini nəzərdə tutan xx.xx.2024cü il tarixli, 3M-188 reyestr nömrəli borc müqaviləsi imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 3M-188 reyestr nömrəli borc müqaviləsinin tələblərinə müvafiq olaraq, Cavabdeh2 borcunu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən xeyli keçməsinə baxmayaraq, Cavabdeh2 borcunu geri qaytarmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 3M-188 reyestr nömrəli borc müqaviləsinin tələblərinə müvafiq olaraq: “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Borc müqaviləsi üzrə Cavabdeh2 bu gün üçün 2500 manat əsas, 48,60 manat əldən çıxmış fayda borcu,cəmi 2548,60 manat borcu mövcuddur. Həmçinin, İddiaçı ilə Cavabdeh1 arasında birinci tərəfdən ikinciyə 14.883 (on dörd min səkkiz yüz səksən üç manat) manat borc verilməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixli, 3M-212 reyestr nömrəli borc müqaviləsi imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 3M-212 reyestr nömrəli borc müqaviləsinin tələblərinə müvafiq olaraq, Cavabdeh1 borcunu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən xeyli keçməsinə baxmayaraq, Cavabdeh1 borcunu geri qaytarmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 3M-212 reyestr nömrəli borc müqaviləsinin tələblərinə müvafiq olaraq: “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Borc müqaviləsi üzrə Cavabdeh1 bu gün üçün 3000 manat əsas, 95,50 manat əldən çıxmış fayda borcu, cəmi 3095,50 manat borcu mövcuddur. Qeyd etmək istəyirəm ki, hal-hazırda isə hər iki borc müqaviləsində qeyd olunan müddətin ötməsinə baxmayaraq, nə Cavabdeh2, nə də Cavabdeh1 öz borclarını ödəməmişdirlər. Bu halda borc müqavilələri üzrə yaranmış borcların ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun şəkildə izahat verdi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdi. O bildirdi ki, anası Cavabdeh1 borcunu iddiaçıya qaytarmışdır. Lakin öz borcunu tam ödəməyib. Maddi vəziyyətinin nəzərə alınaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. - İddiaçı (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borc verən borc alana 10000 (on min) manat məbləğində pul borc verir, borc alan borc məbləğini xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. - İddiaçı (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borc verən borc alana 14883 (on dörd min səkkiz yüz səksən üç) manat məbləğində pul borc verir, borc alan borc məbləğini xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. - xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən borc verən borc alana 10000 manat məbləğində pul borc vermiş, borc alan borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. Həmçinin İddiaçı (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən borc verən borc alana 14883 manat məbləğində pul borc vermiş, borc alan borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli, 3M-188 reyestr nömrəli borc müqaviləsinə əsasən yaranmış bu gün üçün 2500 manat əsas, 48,60 manat əldən çıxmış fayda borcu, cəmi 2548,60 manat borcun və ödənilmiş 46 (qırx altı manat) manat məbləğində dövlət rüsumunun Cavabdeh2, xx.xx.2024-cü il tarixli, 3M-212 reyestr nömrəli borc müqaviləsinə əsasən yaranmış 3000 manat əsas, 95,50 manat əldən çıxmış fayda borcu, cəmi 3095,50 manat borcun və ödənilmiş 51 (əlli bir manat) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və 300 manat məbləğində vəkil xərcinin hər iki cavabdehdən birlikdə tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilələr əsasında iddiaçının cavabdehlərə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, Cavabdeh2 iddiaçıdan özünün və digər cavabdehin borc pul almasını etiraf etmişdir. Cavabdeh2 anası Cavabdeh1 borcunu tam olaraq iddiaçıya qaytardığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 2500 manat pul Cavabdeh2, 3000 manat pul isə Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə əldən çıxmış fayda kimi 48,60 manat pulun Cavabdeh2 və 95,50 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin “vəkil xərcinin cavabdehlərdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ (300 manat ) ağlabatan məbləğ olduğundan cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, işdən görünür ki, iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına cəmi 97 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 78 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 19 manatı iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 3M-188 reyestr nömrəli borc müqaviləsinə əsasən 2500 manat pul Cavabdeh2, xx.xx.2024-cü il tarixli, 3M-212 reyestr nömrəli borc müqaviləsinə əsasən 3000 manat pul isə Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalı, vəkilə ödənilmiş 300 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 78 manat, cəmi 378 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 19 manatı iddiaçıya aid edilməli, iddia qalan hissəsədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tam əsaslıdır. Buna görə də iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2500 (iki min beş yüz) manat məbləğində borc alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 3000 (üç min) manat məbləğində borc alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 300 manat məbləğində vəkil xərci, 78 manat məbləğində dövlət rüsumu, cəmi 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 19 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar