Məhkəmə qərarları › İş №e-2(012)-754/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-754/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-754/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi” tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4872.96 (dörd min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 49.84 (qırx doqquz manat səksən dörd qəpik) manat və 69.23 (altmış doqquz manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4992.03 (dörd min doqquz yüz doxsan iki manat üç qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə isə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsasla iddia tələbi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 703/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-703/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı iddiası təmin edilmiş, Abşeron Rayonu, Mehdiabad kəndində yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh (abonent kodu **********06810 olan) 4872,96 (dörd min səkkiz yüz yetmiş iki manat, doxsan altı qəpik) manat mənləğində borcun silinməsi, cavabdeh İddiaçı İB-dən 68,73 (altmış səkkiz manat, yetmiş üç qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri İddiaçı İB-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, qeyd edilən qətnamə xx.xx.2024-cü il tarixdə icra edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Bundan başqa, işdən görünür ki, İddiaçı İB hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 69.23 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 69.23 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı hazırki mülki iş (2(012)-754/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 69.23 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçınə qaytarılsın. Məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə sərf edilmiş 65 manat məbləğində pul vəsaiti İddiaçındən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar