Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-757/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1244,16 (bir min iki yüz qırx dörd manat on altı qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 114,40 (bir yüz on dörd manat qırx qəpik) manat və 33,59 (otuz üç manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1392,15 (bir min üç yüz doxsan iki manat on beş qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun İddiaçı İB-yə qarşı 1244,16 (bir min iki yüz qırx dörd manat on altı qəpik) manat borcun silinməsi barədə iddia ərizəsi də hazırda məhkəmənin icraatındadır və mübahisə araşdırılmaqdadır. Qanunvericiliyin tələbinə görə isə eyni tərəflər arasında eyni tələblərlə bağlı müxtəlif hakimlərdə olan işlər birləşdirilməlidir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı 1244,16 manat borcun silinməsi tələbi ilə bağlı 2(012)-600/2024 saylı mülki iş vardır. Həmin iddia ərizəsi də xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş daha əvvəl icraata götürülmüş 2(012)-600/2024 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair e-2(012)-757/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair 2(012)- 600/2024 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-757/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-757/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver