Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-769/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə 23 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 2400,77 (iki min dörd yüz manat, 77 qəpik) manat əsas, 2794,81 (iki min yeddi yüz doxsan dörd manat, 81 qəpik) manat faiz, 2397,62 (iki min üç yüz doxsan yeddi manat, 62 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,04 (üç yüz iyirmi altı manat, 04 qəpik) manat faiz borcu, cəmi 7919,24 (yeddi min doqquz yüz on doqquz manat, 24 qəpik) manat və iş üzrə ödənilmiş 99,20 (doxsan doqquz manat, 20 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25.5% dərəcəsi ilə 2400 (iki min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 007 saylı Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2167,54 (iki min yüz altmış yeddi dollar, 54 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 02 saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1999 (min doqquz yüz doxsan doqquz) ABŞ dolları konvertasiya edilməklə, (1 USD=1.8278 AZN) 3654 (üç min altı yüz əlli dörd) manat hesablanmışdır. Kreditin müddəti saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yeerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə 2400,77 (iki min dörd yüz manat, 77 qəpik) manat əsas, 2794,81 (iki min yeddi yüz doxsan dörd manat, 81 qəpik) manat faiz, 2397,62 (iki min üç yüz doxsan yeddi manat, 62 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,04 (üç yüz iyirmi altı manat, 04 qəpik) manat faiz borcu, cəmi borcu 7919,24 (yeddi min doqquz yüz on doqquz manat, 24 qəpik) manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********126 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehtərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyə t göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, müəyyən ödənişlər etdiyini, iddiaçı tərəfin borcun faizlərini həddindən çox hesabladığını, işsiz olduğu üçün borcu ödəmədiyini, lakin ödənişdən imtina etmədiyini, borc məbləğinin azaldılmasını bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, cavabdehə 24 ay müddətinə illik 25.5% dərəcəsi ilə 2400 (iki min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli, 007 saylı Kredit Müqaviləsi üzrə Əlavə Sazişindən və ona əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, borcalan Cavabdeh kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2167,54 (iki min yüz altmış yeddi dollar, 54 sent) ABŞ dolları hesablanmış, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 29 ay müddətinədək, yəni xx.xx.2018-ci il tarixinə kimi uzadılmış və kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% dərəcəsi ilə ödənilməli olduğu qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli, 02 saylı Kredit Müqaviləsi üzrə Əlavə Sazişindən və ona əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, borcalan Cavabdeh kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1999 (min doqquz yüz doxsan doqquz) ABŞ dolları 0 sent təşkil edən qalığı konvertasiya edilməklə, (1 USD=1.8278 AZN) 3654 (üç min altı yüz əlli dörd) manat hesablanmış, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixinə kimi uzadılmış, kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 25% dərəcəsi ilə ödənilməli olduğu qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh 5 sentyabr 2022-ci il tarixinə Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 2400,77 (iki min dörd yüz manat, 77 qəpik) manat əsas, 2794.81 (iki min yeddi yüz doxsan dörd manat, 81 qəpik) manat faiz, 2397,62 (iki min üç yüz doxsan yeddi manat, 62 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,04 (üç yüz iyirmi altı manat, 04 qəpik) manat faiz borcu, cəmi 7919,24 (yeddi min doqquz yüz on doqquz manat, 24 qəpik) manat təşkil edir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 №-li qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas prseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh ünvanlanmış 23 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, bank borcluya borcun 3 gün ərzində ödənilməsini təmin etməsini bildirmiş, əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 2397,62 manat cərimənin məbləği azaldılmalı və 23 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki İddiaçı ASC-nin Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 2400,77 (iki min dörd yüz manat, 77 qəpik) manat əsas, 2794.81 (iki min yeddi yüz doxsan dörd manat, 81 qəpik) manat faiz, 23 (iyirmi üç) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,04 (üç yüz iyirmi altı manat, 04 qəpik) manat faiz borcu, cəmi 5544,62 (beş min beş yüz qırx dörd manat, 62 qəpik) manat məbləğində pul vəsaiti tutulmalı, bununla da iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 99,20 manatın 80 manat məbləğindəki hissəsi Cavabdeh alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə Cavabdeh 2400,77 (iki min dörd yüz manat, 77 qəpik) manat əsas, 2794.81 (iki min yeddi yüz doxsan dörd manat, 81 qəpik) manat faiz, 23 (iyirmi üç) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326,04 (üç yüz iyirmi altı manat, 04 qəpik) manat faiz borcu, cəmi 5544,62 (beş min beş yüz qırx dörd manat, 62 qəpik) manat və ödənilmiş dövlət rüsumu üçün 80 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-769/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-769/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver