Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-780/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 81.90 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 (yüz) manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 212 manat 30 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Binəqədi rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 72 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1182 №-li Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-i., ev 188, mənzil 55-in sahibi 2013-cü ilin aprel ayından2013-cü ilin noyabr ayına kimi cavabdeh olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC iləünvan 1 ünvanında yaşamış Məhərrəmov Keyhan ilə iddiaçı arasında bağlanmış müqavilə əsasında adıçəkilən mənzil xx.xx.2012-ci ildə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş xx.xx.2012-ci ilədək son ödənişini etmiş və 17.1 2-13-cü ildə 14,10 manat borcla şəbəkədən ayrılmışdır. Qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü ilədək olan müddət 273 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 81.90 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubları göndərilsə də, məktublar geri qayıtmışdır. Mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Yuxarıda qeyd edilən normaların mahiyyətindən göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olamaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür İddiaçı MMC elektron sistemə ərizə ilə müraciət edərək, məhkəmə iclasını iştirakı olmdan keçirməyi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini, eyni zamanda cavabdehin iştirakının təmin edilməsi mümkün olmadığı təqdirdə işə qiyabi icraat qaydasında baxılaraq qiyabi məhkəmə qətnaməsi qəbul edilməsinə etiraz etmədiklərini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı MMC işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə, işin materiallarını nəzərdən keçirib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqin olunmuş: Bakı şəhəri Binəqədi rayon İH MKTB-nın 72 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda deyil. Aprel 2013-cü ildən noyabr 2013-cü ilə kimi aşağıdakı ailə tərkibi bu ünvanda qeydiyyatda olub, xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxıblar. 1.özü Cavabdeh 1962, 2. oğlu X4 1987, 3. oğlu X2 1988, 4. oğlu X6 1991. 17 oktyabr 2013-cü il tarixli 2734 №-li aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X3, İddiaçı MMC KATV1-in əməkdaşı X1 və R.İ.T.N-nin nümayəndəsi Sabir Məmmədovun iştirakı ilə 17 oktyabr 2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq pr., ev 188/28 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 55 saylı mənzilinin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuşdur. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan oğlann KATV1-ə baxdığını etiraf etdi, akta imza atdı, qəbul etdi. İddiaçı MMC KATV1-in 22 iyun 2022-ci il tarixli arayışından məlum olur ki, "xxxx" MMC ilə ünvan 2 ünvanında yaşayan Məhərrəmov Keyhan arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2012-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2013-cü il tarixində 14 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Kabel televiziyanın xidmətindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 09 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. 17.01 2013cü il tarixdən 273 gün üçün hər gün 30 qəpik ziyan hesablamaq şərti ilə 81,90 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin mahiyyətindən görünür ki, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2. maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, 17 oktyabr 2013-cü il tarixdə ünvan 2 ünvanında İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə həmin tarixdə 2734 saylı akt tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından isə görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixədək son ödəməsini edərək, xx.xx.2013-cü il tarixində 14 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidmət haqqı olmaqla, cəmi 30.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30.4 manat dövlət rüsumu Cavabdeh aid edilməklə ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verib qanununvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 81.90 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 (yüz) manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 212 manat 30 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 81.90 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 (yüz) manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 212 manat 30 qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-780/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-780/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver