Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-780/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ 2(012)-780/2024 saylı iş Azərbaycan Respublikası adından QƏTNAMƏ Abşeron Rayon Məhkəməsi Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması barədə və Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi barədə iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia təqdim edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5702,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 489,20 manat pulun və 81,92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 6273,52 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB tələbini bununla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində ******* nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********18159 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 5702,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2022-ci ilin noyabr-dekabr ayları üzrə 281,80 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar sentyabr ayları üzrə 331,68 manat sərfiyyat borcu və limitdən əlavə 40,72 manat sərfiyyat borcu, cəmi 654,20 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 165 manat məbləğində ödəniş etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında Cavabdeh iddia təqdim edərək, cavabdeh İddiaçı İB-yə qarşı aktın etibarsız hesab edilməsi və zərərin silinməsi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin Abşeron rayonu üzrə qaz İdarəsinin 30 dekabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və ona qarşı tətbiq edilən 5702,40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tələbini bununla əsaslandırılmışdır ki, cavabdeh ona qarşı 30 dekabr 2022-ci il tarixi ilə tərtib edilmiş, dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 5702,40 manat cərimə etmişdir. Buna səbəb 30 dekabr 2022-ci il tarixli ******* saylı təbii X3nın pozulması haqda aktın tərtib edilməsi olub. Ona qarşı qeyri-qanuni və əsassız tərtib edilən 30 dekabr 2022-ci il tarili ******* saylı akt etibarsız hesab edilməli və 5702,40 manat zərər silinməlidir. O, Qobu kəndinin Xoşgəldin deyilən yaşayış massivində şəxsi evimdə yaşayır. 2022-ci ilin avqust ayında Abşeron rayonu İB Qaz İdarəsinə müracəit etmişdir ki, yaşadığı fərdi evi qazla təmin etsinlər. 2022-ci ilin oktyabr ayında cavabdehin işçiləri gəlib qaz kəmərlərini çəkmiş və qaz quraşdırılan yerə də iki boru arasına rezin şlanq geydirmişdirlər ki, gəlib sayğac qoyacaqlar. 2022-ci ilin 02 noyabr tarixində gəlib sayğac qoyub, qaz veriblər. Evinə qaz verilən gündən hər ay onlayn vasitəsilə qaz pulunu ödəyir. Onun iddiaçıya borcu yoxdur. 30 dekabr 2022-ci il tarixli ******* saylı aktda göstərilib: «Aktı tərtib edirik ona görə ki, istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə (vaxt və gün göstərilməli olduğu halda göstərilməyib) təbii qazın uçotu və TQSQ-nə riayət olunması yoxlanıldı və aşağıdakılar müəyyən olundu: «Tərəfimizdən abonentin qaz sayğacına baxış keçirən zaman kənar xəttdən istifadə etdiyi aşkarlandı». Aktda göstərilən bu hal mümkün deyil. O, bunu etməmişdir. Xətdən kənar istfiadə üçün əsas xəttə sayğacdan kənar qoşulma olmalıdır. Onda bu yoxdur. Bir də əgər onlar göstərdikləri faktı aşkar ediblərsə ona məlumat verməli idilər. Qaz borularına, qaz idarəsi tərəfindən çəkildiyi gündən tərəfindən heç bir dəyişiklik və yaxud əlavə qoşulma olmayıb. 2023-cü ilin noyabr ayının əvvəlində sayğaca baxdıqda, sayğacın üstündə kağız olduğunu görmüşdür. Oxuyanda görüb ki, ona 5702.40 manat borc yazıblar. O, cavabdehin yanına getmiş və soruşmuşdur ki, bu nə borcdur, siz mənə yazmısınız. Onlar ona dedilər ki, biz akt tərtib etmişik. «Biz ləğv edə bilmərik. Məhkəməyə ver, ləğv etsinlər». Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-965/2024-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı aktın etibarsız hesab edilməsi və zərərin silinməsi tələbinə dair 2(012)-965/2024 saylı mülki iş iddiaçı Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi tələbi ilə bağlı 2(012)- 780/2024 saylı mülki işlə birləşdirilmişdir. Məhkəmə gedişatında Cavabdeh MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək 30 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasən ona hesablanmış 5702,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi X1 Şahin Möhmə oğlunun iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, Birliyin iddiasını müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh öz iddia tələbini müdafiə edərək, iddiada göstərilənlərə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, onun evində sayğacdan kənar qoşulma halı baş verməmişdir. “Azəriqaz İB”-nın əməkdaşları qaz xətti çəkdikdən sonra qaz xəttinə qara şilanq (boru) əlavə etmişlər. Bunun səbəbini o özü də bilməmişdir. xx.xx.2022-ci il tarixdə isə “Azəriqaz İB”-nın əməkdaşları onun evinə sayğac quraşdırmış və həmin qara şilanqı (borunu) çıxarıb atmışlar. Bununla bağlı ona heç nə deyilməmişdir. O, “Azəriqaz İB”-nın iddiasını debitor borc hissəsində qismən qəbul etdi və akt əsasında cərimənin tutulması hissəsini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Məmmədov X4 İB”-nın iddiasını debitor borc hissəsində qismən qəbul edildiyini, lakin akt əsasında cərimənin tutulması hissəsini qəbul edilmədiyini və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması barədə iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi barədə iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən tərtib edilən “Təbii X3nın pozulması” haqqında xx.xx.2022-ci il tarixli ******* №-li aktdan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, sayğacdan kənar qaz xətti aşkarlanmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* №-li nömrəli akta əsasən cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi əsası ilə hesablanmış zərərin miqdarı 47520 kub-metrdir. İş materiallarında olan Cavabdeh məxsus abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********18159) 5702,40 manat məbləğində borc hesablanmışdır. Cavabdeh ümumilikdə 6191,60 manat borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı İB tərəfindən təqdim edilmiş fotoşəkildən (xx.xx.2022-ci il tarixli) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Cavabdeh məxsus evə qaz xəttinin çəkilməsi, lakin qaz sayğacının quraşdırılmadığı görünür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təhlükəsizlik kamerasının görüntülərindən ibarət CD diskdən İddiaçı İB-nin əməkdaşlarının Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Cavabdeh məxsus evə xx.xx.2022-ci il tarixdə qaz sayğacı quraşdırmaları görünür. İş materiallarında olan “Sayğaca qədər olan qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” haqqında İddiaçı İB tərəfindən verilən aktdan görünür ki, Cavabdeh sifarişi əsasında xx.xx.2022-ci il tarixdə ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə **********8 nömrəli sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddia tələbindən göründüyü kimi, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, sözügedən aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, xx.xx.2022-ci il tarixli ******* saylı aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də İddiaçı İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş videomateriallardan da görünür ki, İddiaçı İB-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə sayğac quraşdıran zaman qaz turbasından borunu (İddiaçı İB bunu kənar xətt hesab edir) özləri açmasına baxmayaraq, mübahisəli akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Halbuki əgər həmin vaxt kənar xətt mövcud idisə bu hal həmin tarixdə aktlaşdırılmalı idi. xx.xx.2022-ci il tarixdə isə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Cavabdeh məxsus evə aid sayğacdan kənar xəttin qoşulmasına dair hər hansı sübut yoxdur. İddiaçı İB tərəfindən iş materialına əlavə edilən 3 ədəd fotoşəkilin biri xx.xx.2022-ci il tarixdə çəkilmiş, digər iki fotoşəkildə (xx.xx.2022) isə sadəcə sayğacın fotosu əks olunmuş və hər hansı kənar xəttin mövcudluğu görünmür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, abonent barəsində tərtib olunmaqla cərimə hesablanması ilə nəticələnmiş abonent saldosundan göründüyü kimi, abonent barəsində 5702,40 manat cərimə hesablanmışdır. Başqa sözlə, abonent tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulduğunu iddia edən iddiaçının iddia tələbi ilə iddia tələbinin əsasını təşkil edən hallar və faktlar ziddiyyət təşkil edir və həmin halları sübuta yetirən sənədlər isə iddia tələbini inkar edir. Bununla bağlı sübutetmə yükü daşıyan İddiaçı İB-nin nümayəndəsi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən akt əsasında cavabdehdən pul tələb edilməsi qanunsuzdur və bu akt işin həqiqi hallarını əks etdirmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla belə, abonent tərəfindən istehlak edilmiş təbii qazın dəyərini ödəməsi tərəflər arasında bağlanmış müqavilə üzrə onun vəzifəsi olduğundan və iş üzrə mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, 489,20 manat debitor borcunun ödənilməsi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. İddiaçı İB iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş 81,92 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə, ödənilmiş rüsumuna görə 4.90 manat pul Cavabdeh alınaraq İddiaçı İByə ödənilməli, ödənilmiş 77.02 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********18159) debitor borcdan 489,20 manat və dövlət rüsumu üçün 4.90 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 77.02 manat pul İddiaçınə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iddiası təmin edilsin. Cavabdeh yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********18159) dair İddiaçı tərəfindən hesablanmış 5702,40 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-780/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-780/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver