Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-786/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh “Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1765.44 manat məbləğində zərərin, debitor borc üzrə 14 manat və 37.80 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1817.24 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı İB-nin “Dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsini, İddiaçı İB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evlərində quraşdırılmış qaz sayğaclarının **********00104 saylı abonent koduna hesablanmış 1765.44 manat və **********00105 saylı abonent koduna hesablanmış 1765.44 manat, ümumilikdə 3530.88 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin obyektiv həlli üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)- 786/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki-Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/885 saylı məktubu ilə rəy xx.xx.2024-cü il tarixində Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(12)-786/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixinə saat 16:10-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi, üçüncü baxış iclası olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-786/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-786/2024
03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver