Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-788/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 475,2 manat əsas borc, 17,2 manat cərimə borcu, cəmi 492,4 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, 124185 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 538,2 manata nisyə mobil telefon satmışdır. Müqavilə bağlanarkən cavabdeh 63 manat ilkin ödəniş həyata keçirmiş, qalan 475,2 manat pulu hər ay 39,6 manat ödəmək şərtiylə 12 ay müddətinə, hər ayın 25-dək ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etməmiş, borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə Məhkəmə prosesində iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli, 124185 saylı malın nisyə alqısatqısı müqaviləsindən müəyyən edilir ki, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 538,2 manata nisyə “Xiaomi Note 8 4/64 GB” markalı mobil telefon satmış, müştəri ödənişləri “ödəniş cədvəli”nə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli “ödəniş cədvəli”ndən müəyyən edilir ki, Cavabdeh 63 manat ilkin ödəniş həyata keçirmiş, qalan 475,2 manat pulu hər ay 39,6 manat ödəmək şərtiylə 12 ay müddətinə, hər ayın 25-dək ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 992 №-li maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx xxxx 2020-ci il tarixli, 124185 saylı nisyə alqısatqı müqaviləsi üzrə İddiaçı MMC-yə 475,2 manat əsas borc, 17,2 manat cərimə borc, cəmi 492,4 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 964№-li məktubdan müəyyən edilir ki, Cavabdeh xx xxxx 2020-ci il tarixli, 124185 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 420.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalırn nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 420.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqısı müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, xx xxxx 2020-ci il tarixli, 124185 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 475,2 manat əsas borc, 17,2 manat cərimə borc, cəmi 492,4 manat borc pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixli, 124185 saylı nisyə alqı-satqı müqavilə üzrə 475,2 manat əsas borc, 17,2 manat cərimə borc, cəmi 492,4 manat borc pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-788/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-788/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver