Məhkəmə qərarları › İş №e-2(012)-789/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-789/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-789/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 32716.32 manat əsas, 687.71 manat faiz, 0.82 manat cərimə borcu olmaqla, ümumilikdə 33404.85 manat məbləğində borcun, 190.21 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 may 2015 -ci il tarixli, 20-İP-AİF-1-0- 177-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 8 %-lə 168 ay müddətinə 49000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsi 18 may 2015-ci il tarixli, 20-İP-AİF-1-0-177-15 saylı alqı-satqı və ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 18 may 2015-ci il tarixli, 20-İP-AİF-1-0-177-15 saylı kredit müqaviləsinə 18 may 2015-ci il tarixli əlavə sazişin 1.1. bəndinə əsasən kreditin faiz dərəcəsi 8 faizdən 18 faizə yüksəldilmişdir. 04 noyabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 37322.33 manat təşkil edir. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 23 oktyabr 2023-cü il tarixədək Cavabdeh 18 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 32716.32 manat əsas, 687.71 manat faiz, 3.26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 33407.29 manat borcu vardır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 3.26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 0.82 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh bankın tələb etdiyi borcu qəbul etdiyini bildirdi. O, qeyd etdi ki, 2015-ci ildən ipoteka şərtləri ilə ev almış, əvvəllər ödənişləri tam etsə də, may ayından ödəmələrdə gecikmələr olmuşdur. Bunun səbəbi işdən ixtisara düşməsi olmuşdur. Bununla belə, yaranmış borcu hissə-hissə ödəməyə hazırdır. İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana yaşayış sahəsinin alınması məqsədilə 168 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 8 faiz olmaqla 49000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Notarial qaydada təsdiq edilmiş 18 may 2015-ci il tarixli, 20-İP-AİF-1-0-177-15 saylı yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsindən görünür ki, X1 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsini 70000 manata Cavabdeh satmış, bunun 21000 manat hissəsi onun özü tərəfindən, 49000 manat hissəsi isə "xxxx" ASC (hazırda İddiaçı ASC) tərəfindən ödənilmiş, buna görə də əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.8-ci bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 72000 manat məbləğində qiymətləndirilmişdir. -Kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2029-cü il tarixə qədər olan dövr ərzində hər ay 485.75 manat (birinci ay 300.63, sonuncu ay isə 485.72 manat olmaqla) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -18 may 2015-ci il tarixli, 20-İP-AİF-1-0-177-15 saylı kredit müqaviləsinə 18 may 2015-ci il tarixli əlavə sazişin 1.1. bəndindən görünür ki, qeyd edilən kreditin faiz dərəcəsi 8 faizdən 18 faizə yüksəldilmişdir. 04 noyabr 2020-ci il tarixli əlavə sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli 20-iP- AİF-1-0-177-15 saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 37322.33 manat müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 118 saylı reyestr kitabının 56 saylı vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışın surətindan görünür ki, Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2015-ci il tarixdən 14 il müddətinə "xxxx" ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -İpoteka saxlayan İddiaçı ASC-nin ipoteka qoyan Cavabdeh ünvanladığı xx.xx.2023cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank ipoteka qoyana kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 36 manat xidmət haqqı və 15 manat dövlət rüsumu ödənilmişdir. -İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsi üzrə 32716.32 manat əsas, 687.71 manat faiz, 3.26 manat cərimə borcu olmaqla, ümumilikdə 33407.29 manat borcu vardır. -İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsi üzrə 32170.62 manat əsas, 1444.31 manat faiz, 16.91 manat cərimə borcu olmaqla, ümumilikdə 33631.84 manat borcu vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, "xxxx" ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 168 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 8 faiz olmaqla 49000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 18 may 2015-ci il tarixli, 20-İP-AİF-1-0-177-15 saylı kredit müqaviləsinə 18 may 2015-ci il tarixli əlavə sazişin 1.1. bəndinə əsasən kreditin faiz dərəcəsi 8 faizdən 18 faizə yüksəldilmişdir. 04 noyabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 37322.33 manat təşkil edir. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən borcalan Cavabdeh xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsi üzrə banka 32716.32 manat əsas, 687.71 manat faiz, 0.82 manat cərimə borcu olmaqla, ümumilikdə 33404.85 manat borcun yaranması öz təsdiqini tapdığından iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 72000 manat olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 72000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh tutulmalıdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış və bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsi üzrə 32716.32 manat əsas, 687.71 manat faiz, 0.82 manat cərimə borcu olmaqla, ümumilikdə 33404.85 manat tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin satış qiyməti 72000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 33404.85 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 190.21 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 20-iP-AİF-1-0-177-15 saylı kredit müqaviləsi üzrə 32716.32 manat əsas, 687.71 manat faiz, 0.82 manat cərimə borcu olmaqla, ümumilikdə 33404.85 (otuz üç min dörd yüz dörd manat səksən beş qəpik) manat, həmçinin məhkəmə xərclərinə görə cəmi 241.21 manat, (dövlət rüsumu 190.21 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat, 36 manat xidmət haqqı) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən ümumi sahəsi 77.4 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr, yardımçı sahəsi 23.1 kv.metrdən ibarət olan 4 otaqlı 1 mərtəbəli 46 saylı fərdi yaşayış evi və 0.0171 ha torpaq sahəsinə tutma yönəldilsin, həmin evin likvid satış qiyməti 72000 (yetmiş iki min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 33646.06 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin. Satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılsın, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar